“Qafqaz” 700 ballıları mükafatlandırdı


Qafqaz Universitetində Bilik günü münasibətilə açılış mərasimi keçirilib. Mərasim şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsinin yad edilməsi, Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnlərinin oxunması ilə başlayıb.
 Mərasimdə Qafqaz Universitetinin rektoru Prof. Dr. Ahmet Saniç, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti dr. Ənvər Özərən, “Qafqaz”ın tədris işləri üzrə prorektoru prof. dr. Cihan Bulut və elmi işlər üzrə prorektor prof. dr. Niftalı Qocayev çıxış edərək tələbələrə yeni tədris ilində uğurlar arzulayıblar.
Qeyd edək ki, bu il Qafqaz Universiteti üçün daha əlamətdardır. Belə ki, 2012-2013-ci tədris ilində ölkəmizin ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 700 bal toplayan 5 nəfərdən 2 nəfəri təhsillərini seçdikləri ixtisaslar üzrə davam etdirmək məqsədi ilə məhz “Qafqaz”ı seçiblər. Tədbir çərçivəsində 700 bal toplayan tələbələrə kompyuterlər hədiyyə olunub. Hədiyyələri təqdim edən millət vəkili Kamilə Əliyeva və Abşeron Rayonu İcra Hakimiyyəti başçısının müavini Sərviz Süleymanov onlara gələcək həyatlarında uğurlar arzulayıb.
 700 balla bu ali təhsil ocağına qəbul olunanlar - dünya iktisadiyyatı fakültəsinin tələbəsi Nərgiz Məzahirqızı və sənayenin təşkili və idarəetmə fakültəsinin tələbəsi Orxan Səfərov çıxışlarında dünya standartlarına uyğun tədrisi ilə fərqləndiyi üçün “Qafqaz”ı seçdiklərini qeyd ediblər. Mərasim bədii özfəaliyyət kollektivlərinin maraqlı çıxışları ilə davam etdirilib.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=44854

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır