“Sabahın alimləri” II Respublika müsabiqəsinə elmi dəstəyin verilməsi Qafqaz Universitetinə tövsiyə edilib


Atif Eyvazov/AZADİNFORM.  Təhsil naziri Misir Mərdanov Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilən tədqiqat layihələrinə baxış keçirmək və ciddi tədqiqat nəticələri əldə edən Azərbaycan məktəblilərinin seçilib İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  (ABŞ) göndərilməsini təmin etmək məqsədi ilə əmr imzalayıb. 


Əmrə əsasən, gələn ilin 8-9 fevral tarixlərində Bakı şəhərində İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” II Respublika müsabiqəsi keçiriləcək. 
Müsabiqə Təhsil, Gənclər və İdman nazirlikləri və “Mədəd” təşkilatının birgə təşkilatçılığı ilə həyata keçiriləcək. Əmrdə ümumi təhsil müəssisələrinin direktorlarına tapşırılır ki, “Kiçik Akademiyalar”ın fəaliyyətini gücləndirmək istiqamətində konkret tədbirlər görülsün. Əmrə görə, müsabiqəyə elmi dəstəyin verilməsi Bakı Dövlət Universiteti (A.Məhərrəmov), Sumqayıt Dövlət Universiteti (N.Qəhrəmanov) və Qafqaz Universitetinə (Ahmet Saniç) tövsiyə edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva) və Sumqayıt Şəhər Təhsil Şöbəsinə (V.Bağırov) müsabiqənin təşkili ilə bağlı məsələlərin həllində ümumi təhsil müəssisələrinə köməklik göstərilməsi tapşırıb.
Nazir əmrin icrasına nəzarəti öz üzərimə götürüb.
http://www.azadinform.az/news/a-29052.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır