Yeni tədris ili möhtəşəm nailiyyətlərlə başladı

Sentyabrın 11-15 də Türkmənistan Respublikasının paytaxtı Aşqabad şəhərində 4-cü Beynəlxalq İnformatika Layihə Olimpiadası (İCPO -2012) keçirilmişdir. Türkmənistanın Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş bu layihə olimpiadasında 41 ölkədən 220 şagird 94 layihə ilə iştirak ediblər. Olimpiadada Azərbaycan -Türkiyə Özəl Liseylərinin şagirdləri 4 layihə ilə iştirak ediblər.
 “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyanın şagirdləri Turac Abbaszadə və Aytac Abbaszadə qızıl medallara, Quba Özəl Türk Liseyinin şagirdləri Sultan Sultanov və Nihad Nəsrullayev eləcə də “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyanın şagirdi Emin Qayıbov gümüş, “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyanın şagirdi Elmin Əliyev bürünc medala layiq görülüblər. Beləliklə ölkəmizi ləyaqətlə təmsil edən şagirdlərimiz Vətənə 2 qızıl, 3 gümüş və 1 bürünc olmaqla 6 medal ilə geri dönmüşlər. Bu münasibətlə şagirdləri, müəllimləri, valideynlərini və ümumiyyətlə Azərbaycan təhsil işçilərini bu möhtəşəm nailiyyətlərə görə təbrik edirik. 
Yeni tədris ilini nailiyyətlərlə başlayan şagirdlərimizə bundan sonrada iştirak edəcəkləri bütün beynəlxalq layihə və fənn  olimpiadalarında müvəffəqiyyətlər diləyirik.  

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır