Bakıda II Beynəlxalq türk xalqları uşaq ədəbiyyatı konqresi keçiriləcəkdir

Bakı, 9 oktyabr (AzərTAc). Oktyabrın 11-dən 13-dək Qafqaz Universitetində II Beynəlxalq türk xalqları uşaq ədəbiyyatı konqresi keçiriləcəkdir.
AzərTAc xəbər verir ki, konqresin əsas məqsədi milli-mənəvi, dəyərlər və millətlərin gələcəyi baxımından həyatın bütün mərhələlərində böyük əhəmiyyət kəsb edən uşaqların təlimində və xarakterlərinin formalaşmasında əvəzsiz rol oynayan uşaq ədəbiyyatına diqqəti cəlb etməkdir.
Beynəlxalq tədbirdə müxtəlif ölkələrdən olan alimlər, təhsil işçiləri, mütəxəssislər iştirak edəcəklər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır