Bizə qoşulun- Xəyalları reallığa çevirin!


Qafqaz universitetinin tələbəsi adını qazanan tələbələri Universitetin sosial həyatı, onun mədəni fəallığı ilə tanış etmək məqsədilə  Mədəniyyət və İdman İdarəsi tərəfindən tanıtım mərasimi keçirildi.  
Mədəniyyət şöbəsinin müdiri dr. Zəminə Axundova gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında bütün təhsil ocaqlarına örnək  olan Qafqaz Universitetinin uğurlarının məhz  tələbələrin mənəvi-əxlaqi fəallığı nəticəsində qazanıldığını diqqətə çatdırdı: “Universitetimizdə tələbələrin sosial-ictimai, mədəni, fiziki, elmi, araşdırma, tarix və  incəsənət təmayüllü maraqlarını qarşılamaq üçün 18  klub və 4 özfəaliyyət dərnəyi fəaliyyət göstərir. Bu klublar maraq sahələri üzrə il boyu gərgin fəaliyyət göstərirlər. Elə bunun təbii nəticəsidir ki, bu klublara üzv olan tələbələrimiz hərtərəfli inkişaf edir və özlərini iş həyatına hazırlayırlar.  Yeni tədris ili bir də ona görə əlamətdardır ki, biz, bu ildən etibarən “İlin klubu” və “İlin klub məsləhətçisi” nominasiyasına start vermiş və ötən tədris ilinin ən fəal klubu mükafatına “Oguz klubu”, “İlin klub məsləhətçisi” mükafatına biznesin idarəedilməsi fakültəsinin baş müəllimi Dr. Rasim Abutalıbov layiq görülmüşlər”.
Mərasimdə özfəaliyyət dərnəkləri və maraq klublarının son beş ildəki fəaliyyətinə həsr olunan arxiv materialları əsasında hazırlanmış slayd-şou nümayiş olundu. Dərnək, klub və kursların fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün sosial fəaliyyətdə daha fəal olan tələbələrin çıxışları dinlənildi.
Özfəaliyyət kollektivlərinin hazırladığı konsertlə davam edən tanıtım mərasimi daha yaxşı dünya qurmaq  və xəyallarını reallaşdırmaq arzusuyla üzvülük ankeklərini dolduran tələbələrin alqışları ilə yekunlaşdı. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır