Mingəçevir Özəl Türk Liseyində müəllimlərin peşə bayramı qeyd edilib



5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Mingəçevir Özəl Türk Liseyində tədbir keçirilib. Tədbirdə Liseyin müdiri Həsən Həsənov çıxış edərək müəllimləri peşə bayramları münasibətilə təbrik edib. Sonra məktəbdə tətbiq olunan yeni təhsil texnologiyaları “Ağıllı löhvə” elektron təhsil sistemi və şagirdlərinin ötən tədris ilində təhsildə əldə etdiyi nailiyyətləri uğurları barədə məlumat verib. Liseydə bu yeniliklərin mütəmadi olaraq davam tdiriləcəyini bildirib. 
Sonra tədbirdə iştirak edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin İctimai – Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Ramiz Əliyevə çıxış edib. R. Əliyev çıxışında Azərbaycan-Türkiyə Özəl Liseylərinin Mingəçevir Özəl Türk Liseyinin fəaliyyətindən və burada şagirdlər üçün hazırlanmış şəraitdən, onların nizam-intizamından məmnun olduğunu və bu liseyə yüksək rəğbətlə yanaşdığını bildirib. Öz övladınında bir vaxtlar bu liseyin məzunu olduğunu hal-hazırda Türkiyədə həkim işlədiyini xüsusilə qeyd edib. Ramiz Əliyev çıxışının sonunda liseyin kollektivini 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib və onlara təhsildə uğurlar diləyib. Daha sonra Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Nazir Sultanov çıxış edərək Mingəçevir Özəl Türk Liseyində tətbiq olunan yeni təhsil texnologiyalarından, şagirdlərinin əldə etdiyi nailiyyətlərindən, onların nizam-intizamından məmnun olduğunu bildirib. Liseyin yeni tədris ilində də yüksək uğurlara imza atacağına əmin olduğunu deyib və bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb. 
 Sonra liseyin müdiri Həsən Həsənov Mingəçevir Şəhər İcra Hakimiyyətinin İctimai – Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Ramiz Əliyevə,  Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Nazir Sultanova, Metot Mərkəz Kabinetinin direktoru Solmaz Cəfərova və Metodist Validə Əlizadəyə xatirə hədiyyələri təqdim edib.
Tədbirin sonunda qonaqlar liseyin sinif otaqları, laboratoriyaları, kitabxanası və yeni təhsil texnologiyaları ilə yaxından tanış olublar. Sonra tədbir qonaqlar üçün hazırlanmış ziyafətlə davam edib. 
 
 

 
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır