Müstəqil Azərbaycanın milli sərvəti-Aşıq sənəti

Milli dövlətçilik və milli-mənəvi dəyərlər sıx daxili vəhdətdədir. Azərbaycan Respublikasının Müstəqilliyinin bərpasının 21-ci ildönümü münasibətilə Qafqaz Universiteti Azərbaycan dili və ədəbiyyatı müəllimliyi bölümünün və Mədəniyyət şöbəsi Ədəbiyyat klubunun təşkil etdiyi “Müstəqil Azərbaycanın milli sərvəti-Aşıq sənəti” adlı ədəbi-bədii gecədə mənəvi sərvətimiz olan aşıq sənəti təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu işinin mühüm atributu kimi dəyərləndirirdi.
Aşıq sənətinin milli və bəşəri mahiyyəti haqqında çıxş edən filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı  tariximizə canlı şahidlik edən aşıq sənətinin xalqımızın qədimliyini, zəngin keçmişini göstərməklə yanaşı, bu günkü müstəqilliyini də bütün dünyaya  tanıtdığını vurğuladı.
Azərbaycançılıq ruhunun aşılanmasında mühüm rol oynayan aşıq sənətinə Azərbaycanda dövlət səviyyəsində qayğıdan söhbət açan natiq sazı türkün ruhu, onun genlə gələn mədəni irsi olaraq təqdim etdi.  
Universitetin İngilis dili və Ədəbiyyatı bölümünün hazırlıq kursu tələbəsi gənc aşıq Nübar Etibar qızı və ədəbi-bədii gecənin qonaqları “Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi”nin təmsilçiləri, Aşıq Mehdi Məsimov,  “Əməkdar Mədəniyyət İşçisi” Ədalət Dəlidağ bənzərsiz ifaları ilə aşıq sənətininin bədii varlığımızda milli ruhu, azərbaycançılığı yaşadan sağlam kök olduğunu təsdiqlədilər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır