Polşanın iki ali təhsil müəssisəsinin rektorları Qafqaz Universitetində


Oktyabrın 15-i Qafqaz Universitetinin rektoru Prof. Dr. Ahmet Saniç və Mühəndislik Fakultəsinin bir qrup əməkdaşı Polşanın iki ali təhsil müəssisəsinin rektorunu və onların rəhbərliyindəki nümayəndə heyətini qəbul etmişdir. 
Universitetlərin nümayəndə heyətinə rəhbərlik edən Polşanın Texnologiya və Həyat Elmləri Universitetinin rektoru Prof. Antoni Bukalukun və Şetsin Dəniz Universitetinin rektoru Prof. Stanislav Qucmanın Qafqaz Universitetinin rektoru ilə səmimi söhbətindən sonra universitetlər arasındakı əməkdaşlıq və prespektivlər müzakirə olunmuşdur. 
Qonaqlar və Qafqaz Universiteti əməkdaşları gələcəkdə ortaq layihələr üzrə əməkdaşlıq, tələbə və akademik heyət mübadiləsi və eyni zamanda bilik və təcrübə mübadilələrinin aparılması ilə bağlı mövzuları müzakirə etdilər. Xüsusi ilə də qonaqlar FP7, Erasmus Mundus, TEMPUS kimi layihələrdə sıx ortaq əməkdaşlıqların aparılamsı arzusunda olduqlarını bildirdilər.
Müzakirələrdən sonra qonaqlar Qafqaz Universitetinin şəhərciyini gəzərək universitetin yeni binaları və laboratoriyaları ilə tanış oldular.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır