Qafqaz Universiteti ilə Türkiyənin Ağrı İbrahim Çeçen Universiteti arasında əməkdaşlığa dair memorandum imzalandı

Bakı, 4 oktyabr (AzərTAc). Oktyabrın 4-də Türkiyənin Ağrı İbrahim Çeçen Universitetinin rektoru, professor İrfan Aslanın başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olmuşdur.
AzərTAc xəbər verir ki, görüşdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərinin əhəmiyyətindən danışmışdır.
Rəhbərlik etdiyi universitetdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan nailiyyətlərdən danışan rektor, eyni zamanda, təhsil müəssisəsinin beynəlxalq əlaqələrinin genişləndiyini diqqətə çatdırmışdır.
Professor İrfan Aslan Ağrı İbrahim Çeçen Universitetinin fəaliyyəti barədə məlumat vermişdir.
Təhsil əlaqələri, o cümlədən müəllim, tələbə mübadiləsi ilə bağlı müzakirələr aparılmışdır.
Sonra Qafqaz Universiteti ilə Ağrı İbrahim Çeçen Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.
Sənədi professorlar Ə.Saniç və İ.Aslan imzalamışlar. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır