Qafqaz Universiteti xarici tələbələrə orientasiya proqramı keçirdi

23 Oktyabr tarixində 2012-2013-cü tədris ilində Qafqaz Universitetinə qəbul olmuş xarici tələbələrə orientasiya proqramı keçirilmişdir.
Proqramın açılış mərasimi universitetin rektoru Prof. Dr. Ahmet Saniçin səmimi sözləriylə başladıldı. 
Görüşdə xarici tələbələrə eyni zamanda universitetin Tədris İşləri üzrə Prorektoru, İçtimaiyyətlə Əlaqələr üzrə Prorektoru, Xarici Əlaqələr Ofisinin müdiri, Tədris Hissəsi müdiri və  Dil Tədris mərkəzinin müdiri tərəfindən universitetin təlim və tədris prosesləri, xarici tələbələrin Azərbaycanda viza və bank hesab prosedurları və bunun kimi bir çox əhəmiyyətli mövzular haqda ətraflı məlumat verildi. 
Görüşün sonunda universitetin əməkdaşları və xarici tələbələr arasında sadalanan mövzular ətrafında sual və cavablarla müzakirələr keçirildi.

http://iro.qu.edu.az/view_news.php?news=2627&lang=az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır