Qafqaz Universitetində 29 Oktyabr-Türkiyə Cümhuriyyətinin 89-cu ildönümü qeyd olundu.

29 October, 2012, Qafqaz Universitetində universitetin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Cümhuriyyət gününə həsr olunmuş Bayram tədbiri keçirildi. Universitetin akt zalında  Ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyənin istiqlal mübarizəsindən və ölkənin keçdiyi inkişaf yolundan bəhs edən video çarx nümayiş etdirildi.
Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilərək, Türkiyə Cumhuriyyəti İstiqlal Marşının oxunmasından sonra tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru Ahmet Saniç Azərbaycan və Türkiyə Respublikalarının qardaşlıq münasibətlərindən danışaraq Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkənin məhz Türkiyə olduğunu vurğuladı. Sonra  rektor ulu öndərin kəlamını xatırlatdı  biz “Bir millət, iki dövlət” kəlamları qardaş ölkələrimiz arasında hər zaman əsas prinsip olduğunu qeyd etdi.
 Universitetin özfəaliyyət kollektivlərinin rəngarəng repertuarı ilə davam edən, Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi olan bu tədbir “Türkiyəmiz üçün, Vətənimiz üçün” musiqisinin sədaları altında Gənc Akademiya klubu üzvlərinin Türkiyə bayrağını səhnəyə gətirməsi və Azərbaycan xalqının hər zamankı kimi qardaş Türkiyənin yanında olduğunu nümayış etdirməsi ilə yekunlaşdı.
Əfsanə Kərimova
Qafqaz Universiteti
Medya Klubu.
http://qu.edu.az/view_news.php?news=2639&link=224&lang=az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır