Qafqaz Universitetində II “Türk Xalqları Uşaq Ədəbiyyatı” adlı beynəlxalq konqresin ikincisi təşkil olunacaq

11-13 oktyabr tarixində Qafqaz Universitetində 2008-ci ildə keçirdiyi “Türk Xalqları Uşaq Ədəbiyyatı” adlı beynəlxalq konqresin ikincisi təşkil olunacaq. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, bu konqres Azərbaycan Respublikası Təhsil Nazirliyi, Çağ Öyrətim İşlətmələri Qafqaz Universiteti, Azərbaycan Yazıçılar Birliyi, Türkiyə Yazarlar Birliyinin həmsədrliyi ilə təşkil olunub.

2008-ci ildə təşkil olunmuş konqresdə 8 ayrı ölkədən 58 Universitetin elm adamları, uşaq ədəbiyyatı yazıçıları, şairləri, uşaq jurnallarının redaktorları, müxtəlif nəşriyyat evlərinin rəhbərləri iştirak ediblər. Konqres ərəfəsində uşaq ədəbiyyatı şair və yazıçıları bəzi məktəbləri ziyarət edərək şagirdlərlə görüşüblər. Eyni zamanda müxtəlif ölkələrdən gələn elm adamları yerli televiziya kanallarında çıxış edərək bu konqresin əhəmiyyətindən bəhs ediblər. Konqresin materiallar kitabının birincisi dərc olunaraq konqresdən əvvəl iştirakçılara verilib.

Konqresdə 9 ayrı ölkələrin nümayəndələri - alimlər, şairlər, yazıçılar və uşaq jurnallarının redaktorları, eyni zamanda 27 Universitetdən elm adamları iştirak edəcəklər.

Konqesin ilk günü açılış tədbirində Qafqaz Universitetinin rektoru Prof.Ahmet Saniç, Təhsil naziri Misir Mərdanov, Azərbaycan Yazıçılar Birliyinin sədri şair Anar, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin nümayəndəsi və qonaqlar çıxış edəcəklər. Konqresin Qızıl Sponsorları- Azərbaycan Amerika Alyansı və Azərsun Holdinq şirkətinə, gümüş sponsorları-Türk İşbirliği və Koordinasyon Ajansı Başkanlığına, Ulduz Şokolad Fabrikinə, Kaynak kültür yayın qrupuna və Bakcell-ə plaketlər təqdim olunacaq. Daha sonra Türk Dili və Ədəbiyyatı Kafedrasının müdiri Ömer Okumuşun rəhbərliyi ilə Plenar iclas keçiriləcək. Plenar iclasda Prof. Dr. Qara Namazov, uşaq ədəbiyyatı yazıçısı Bestami Yazgan çıxış edəcəklər. Daha sonra Firudin bəy Köçərli adına Uşaq Kitabxanasının üzvü olan uşaqların çıxışı olacaq. Açılış tədbirindən sonra Konqres Bölmə iclasları ilə davam edəcək.

Konqresin ikinci günü Bölmə iclaslarında müxtəlif elm adamlarının məqalələri, fikirləri dinləniləcək. Günün sonunda isə Yekun iclası keçirilərək.
Konqresin üçüncü günü Asiya ölkələrindən və Türkiyədən gələn elm adamlarına Bakı şəhəri gəzdiriləcək, tarixi məkanlarla tanışlıq olacaq.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF