Qafqaz Universitetində mükafatlandırma mərasimi keçirilib

Atif Eyvazov/AZADİNFORM. Bu gün Qafqaz Universitetində “Çağ” öyrətim işlətmələri şirkəti tərəfindən “Təhsilimizin ulduzları” adlı tədbir keçirilib.

“Azadinform” xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi, Azərbaycan prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin 10-cu ildönümünə həsr edilib. Tədbirdə təhsil naziri Misir Mərdanov, kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, Türkiyənin Azərbaycandakı səfiri  İsmayıl Alpər Coşğun, “Çağ” öyrətim işlətmələri şirkətinin prezidenti Ənvər Özərən, Qafqaz Universitenin rektoru Ahmed Saniç, bir sıra millət vəkilləri, professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.  
Tədbirdə Azərbaycan-Türkiyə özəl liseyləri və “Araz” hazırlıq kurslarının 2012-ci ildə ali məktəblərə qəbulda yüksək bal toplayan şagirdləri, dinləyiciləri və prezident təqaüdünə layiq görülənlər, Azərbaycan-Türkiyə özəl liseyləri şagirdlərinin 2011-2012-ci dərs ilində keçirilən Beynəlxalq və Respublika fənn olimpiadalarında qızıl, gümüş və bürünc medallar qazananlar, 2011-2012-ci tədris ilində Qafqaz Universiteti tələbələrindən olimpiadalarda qalib gələn tələbələr, universitetlərə qəbulda 600-dən yuxarı bal toplayan və prezident təqaüdünə layiq görülən gənclər mükafatlandırılıblar.
http://www.azadinform.az/news/a-31301.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF