Qafqaz Universitetində növbəti seminar keçirildi.


Qafqaz Universiteti qurulduğu gündən bu günə kimi təhsillə yanaşı müxtəlif  peşə sahibləri, iş həyatında təcrübə qazanmış iş adamları, tanınmış  alimlər, dövlət adamları və sənət sahibi olan insanlarla birlikdə aylıq seminarlar keçirir. Məhz belə seminarlardan biri də DSMF-nin sədri Səlim Müslümovun Qafqaz Universitetinin tələbələrilə görüşündə baş tutdu.  
Universitetin akt zalında keçirilən  seminarı  giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç bildirdi ki, artıq neçə illərdir ki, bu təhsil ocağında müxtəlif sahələri əks etdirən ənənəvi aylıq  seminarlar keçirilir. 
Məqsəd yaxşı təhsillə yanaşı öz peşşəsini sevən və sevdirməyi bacaran peşəkar mütəxəssislərlə birlikdə tələbələri iş həyatına professional şəkildə hazırlamaqdır.  
Bunun nəticəsi olaraq Qafqaz Universitetinin  qonağı olan Azərbaycan Respublikasının  Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim  Müslümov “Azərbaycanda Pensiya Sistemi” mövzusunda məruzə ilə  çıxış etdi və tələbələri maraqlandıran sualları cavablandırdı.  Tədbirin sonunda Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç qonağa xatirə plaketini təqdim etdi.
Qafqaz Universitetinin Mətbua Xidməti.

http://qu.edu.az/view_news.php?news=2555&link=224&lang=az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF