Qafqaz Universitetində “Təhsilimizin ulduzları” adlı tədbir keçirilmişdir

 Bakı, 20 oktyabr (AzərTAc). Oktyabrın 20-də Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin 10-cu ildönümünə həsr edilmiş, həmçinin 2012-2013-cü dərs ilinin başlanması ilə əlaqədar “Təhsilimizin ulduzları” adlı tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, Milli Məclisin deputatlarının, alimlərin, təhsil işçilərinin, şagird və tələbələrin iştirak etdikləri tədbirdə təhsil naziri Misir Mərdanov, Türkiyənin Bakıdakı səfiri İsmail Alper Coşkun, “Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən, Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç çıxış etmişlər.
Azərbaycan-Türkiyə özəl liseylərinin və “Araz” kurslarının 2012-ci il məzunlarının ali məktəblərə qəbulu ilə bağlı məlumatlar verilmiş, uğur qazanan məzunlar, təhsildə fərqlənən müvafiq liseylərin şagirdləri, Qafqaz Universitetinin tələbələri mükafatlandırılmışlar. 
http://www.azertag.com/node/1015457

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF