Qafqaz Universitetində “Təhsilimizin ulduzları” seçilib

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən Türkiyənin “Çağ Öğretim” şirkətinə məxsus təhsil müəssisələrinin fərqlənən şagird və tələbələri mükafatlandırılıb.
Gün.Az “Cihan” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, Qafqaz Universitetində təşkil olunan geniş tədbirdə Azərbaycanın təhsil naziri Misir Mərdanov, Türkiyənin Bakıdakı səfiri İsmail Alper Coşkun, “Çağ Öğretim” şirkəti İdarə Heyətinin sədri Enver Özeren və çox sayda tanınmış qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən M.Mərdanov Azərbaycanda 20 ildir fəaliyyət göstərən “Çağ Öğretim” şirkətinə məxsus ali və orta məktəblərin ölkə təhsilinə böyük töhfələr verdiyini qeyd edib.
E.Özeren isə öz çıxışında “Çağ Öğretim” məktəblərinin Azərbaycandan olan məzunlarının beynəlxalq miqyasda uğurlarına şahid olduqca, böyük qürur hissi keçirdiyini bildirib.
Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun isə iki qardaş ölkə arasında ən mühüm əməkdaşlığın təhsil sahəsində olduğunu, bu işbirliyinin böyük nəticələr verdiyini diqqətə çatdırıb.

Mərasimdə təhsildə fərqlənən şagird və tələbələr də mükafatlandırılıb. Birinci yeri tutanlara iki min, ikinci yeri tutanlara min beş yüz, üçüncü yerin sahibkərinə isə min dollar mükafat verilib.

A.Zeynalov
Gün.Az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF