“Qafqaz”da Nizamidən söz açıblar

Qafqaz Universitetində dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi ilə bağlı tədbir keçirilib. 
Tələbə və professor-müəllim heyəti, dəvət olunmuş qonaqların iştirakı ilə keçirilən tədbirdə Qafqaz Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi bölməsinin müdiri prof.Akif Hüseynli Nizami Gəncəvi yaradıcılığından ətraflı söz açıb. O Nizami Gəncəvini dünyəvi şair kimi xarakterizə edib. Onun sözlərinə görə, Nizami bəşəriyyətin bədii söz aləminə “Xəmsə” adlı xəzinə verməklə milli və bəşəri dəyərlərin tamamilə yeni bir mənzərəsini sərgiləyib. Onun əsərləri əsrlə tədqiq olunsa da, bu gün də nizamişünaslıq yeni-yeni mülahizələr söyləyir. 
Digər çıxış edənlər - AMEA-nın aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacı, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlil və başqaları Nizami irsinin əhəmiyyətindən söz açıblar. Gülər Rəsul

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır