Qafqazda “Türk Xalqları Uşaq Ədəbiyyatı”

11-13 oktyabr tarixində Qafqaz Universitetində “Türk Xalqları Uşaq Ədəbiyyatı” adlı II beynəlxalq konqresin ikincisi təşkil olunacaq. Qafqaz Universitetindən SİA-ya verilən xəbərə görə, bu konqres Azərbaycan Respublikası Təhsil Nazirliyi, Çağ Öyrətim İşlətmələri, Qafqaz Universiteti, Azərbaycan Yazıçılar Birliyi, Türkiyə Yazarlar Birliğinin həmsədrliyi ilə təşkil olunacaq.
Konqresdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Dağıstan, Gürcüstan, Makedoniya kimi ölkələrin nümayəndələri - alimlər, şairlər, yazıçılar və uşaq jurnallarının redaktorları iştirak edəcəklər. Konqesin ilk günü açılış tədbirində universitetin rektoru Ahmet Saniç, təhsil naziri Misir Mərdanov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin nümayəndəsi və qonaqlar çıxış edəcək. Daha sonra Türk Dili və Ədəbiyyatı Kafedrasının müdiri Prof.Ömer Okumuşun rəhbərliyi ilə Plenar iclas keçiriləcək. Plenar iclasda Prof. Dr.Qara Namazov, uşaq ədəbiyyatı yazıçısı Bestami Yazgan çıxış edəcək.
 
Açılış tədbirindən sonra Konqres Bölmə iclasları ilə davam edəcək. Konqresin ikinci günü Bölmə iclaslarında müxtəlif elm adamlarının məqalələri, fikirləri dinləniləcək. Günün sonunda isə yekun iclası keçirilərək. Konqresin üçüncü günü Asiya ölkələrindən və Türkiyədən gələn elm adamları Bakı şəhəri ilə tanış olacaqlar.
Könül Kamilqızı

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır