Oktyabrın 20-də Qafqaz Universitetində “Təhsilimizin Ulduzları” adlı tədbir keçiriləcək


Oktyabrın 20-də Qafqaz Universitetində 2012-2013-cü dərs ilinin başlanması ilə əlaqədar təhsildə fərqlənmiş şagirdlərin ənənəvi mükafatlanma mərasimi - “Təhsilimizin Ulduzları” adlı tədbir keçiriləcək.
Qafqaz Universitetindən Gün.Az-a verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin 10-cu ildönümünə həsr edilmiş tədbirdə Azərbaycan-Türkiyə özəl liseylərinin və “Araz” kurslarının 2012-ci il məzunları, ali məktəblərə qəbul olmuş və bu il keçirilmiş Beynəlxalq fənn olimpiadaları və müsbiqələrin qalibləri, həmçinin “Qafqaz” Universitetinin tələbələri təltif olunacaqlar.

Mirvari Kamilqızı
Gün.Az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF