Tempus UNIMIG layihəsinin növbəti görüşü


Oktyabr ayının 24-28 tarixləri arasında Qafqaz Universitetinin 7 nəfərdən ibarət heyəti Tempus UNIMIG  “Miqrasiya sahəsində ali təhsil müəsissələrində potensialın inkişaf etdirilməsi” layihəsi çərçivəsində Tbilisi Dövlət Universitetini ziyarət etmişdir. Ziyarətin məqsədi Qafqaz Universitetində “Miqrasiya üzrə magistr dərəcəsi” təhsilinin başladılması üçün növbəti “Tədris planının inkişafı (Curriculum Development)” üzrə təlim almaq idi. Təlim proqramında Oldenburg Universiteti (Almaniya), Alikante Universiteti (İspaniya) və Qratz Universitetinin (Avstriya) nümayəndələri, Beynəlxalq Miqrasiya Təşkilatının müxtəlif ölkələr üzrə ekspertləri, Tbilis Dövlət Universitetinin heyəti və s. iştirak etmişdirlər.  Artıq ikinci ilinə qədəm qoyan Tempus UNIMIG layihəsi Azərbaycanda və regionda miqrasiya problemlərinin vurğulanması, miqrasiya üzrə ali təhsil dərəcəsinin başladılması, Miqrasiya Mərkəzinin qurulması, uyğun akademik ədəbiyyatın toplanılması və bu sahədə insan qaynaqlarının yetişdirilməsi mövzularında öz töhfəsini verir. Keçirilən görüşdə miqrasiya mövzusu üzərində başladılacaq tədris planının iqtisadi və sosial ölçüləri müzakirə edildikdən sonra Azərbaycanda mövcud miqrasiya yönümlü problemlərin həlli üçün uyğun tədris strategiyasının seçilməsi müzakirə edilmişdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF