30 Kasım 2012 Cuma

“Müasir Azərbaycan və “Çağ” öyrətim” -20 il etimada sədaqətlə FOTOLAR

 Noyabrın 27-də “Gülüstan” sarayında “Çağ” Öyrətim İşlətmələri Şirkətinin 20 illik yubileyinə həsr olunan “Müasir Azərbaycan və “Çağ” Öyrətim-20 il etimada sədaqətlə” adlı konfrans keçirilib. Konfrans Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himnin və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının oxunması ilə başlayıb. “Etimada sədaqətlə 20 il” devizi altında keçirilən tədbirdə nazirlər, komitə və ictimai birliklərin, qeyri hökumət təşkilatlarının rəhbərləri, millət vəkilləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə Türkiyənin  prezidenti Abdullah Gülün tədbirə ünvanlanan təbrik məktubu oxunub. Sonra şirkətin 20 illik fəaliyyətindən bəhs edən film nümayiş olunub. Daha sonra “Çağ” Öyrətim İşlətmələri Şirkətinin idarə heyətinin sədri dr. Enver Özeren şirkətin 20 illik fəaliyyəti barədə tədbir iştirakçılarına hesabat verib: 

Hesabatda deyilir: “Təhsilin inkişafına daima xüsusi diqqət və qayğı ilə yanaşan Ümummilli lider Heydər Əliyev “Çağ”ın Azərbaycanda fəaliyyətinə xeyir-dua verib. Ulu öndər Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri vəzifəsində işləyərkən, Türkiyə Cümhuriyyətinin özəl təhsil qurumu ilə bağladığı təhsil müqaviləsi Azərbaycanda ilk Azərbaycan-Türkiyə özəl təhsil müəssisələrinin fəaliyyətinə yol açıb. Onun ideyalarını bu gün Azərbaycan Respublikasının Prezident İlham Əliyev uğurla həyata keçirir. Tarix baxımında 20 il qısa bir zaman kimi görünsə də bu illər ərzində şirkət təhsil sahəsində mühüm işlər görərək böyük uğurlara imza atıb. Bu müddət ərzində “Çağ” Öyrətim İşlətmələrinin təhsil müəssisələri –Azərbaycan-Türkiyə özəl liseyləri, “Araz” kursları və “Qafqaz” Universiteti öz fəaliyyətləri ilə respublikaya 530–dan çox beynəlxalq dərəcəli qızıl, gümüş və bürünc medallar qazandırıb. Hazırda bu məktəblərdə çalışan müəllimlərin 80 faizi yerli kadrlardan ibarətdir. Bu isə eyni zamanda, “Çağ”ın daha bacarıqlı, bilikli müəllimlər də yetişdirməsindən xəbər verir. Təhsil müəssisələri məzunlarının 99 faizi Azərbaycanın və dünyanın nüfuzlu ali məktəblərinə ən yüksək ballarla qəbul olunurlar. Müvafiq sahənin inkişafı üçün bundan sonra da təhsil müəssisələrinin səmərəli fəaliyyət göstərəcəklərinə əminəm”.
Daha sonra çıxış edən təhsil naziri Misir Mərdanov “Çağ” Öyrətim İşlətmələrinin Azərbaycana gəlməşini və ötən illər ərzindəki fəaliyyətini yüksək qiymətləndirərək belə deyib: “Əslində 20 illik tarix qısa bir zamandır. Lakin “Çağ”ın bu tarixinin səhifələrini vərəqlədikcə onlarla iyirmi ildə görülən işlərin şahidi olmaq olar. 20 ildir ki, “Çağ” Azərbaycan təhsili üçün bir örnəkdir. Bu şirkət Azərbaycan təhsilinə dünya təcrübəsinə əsaslanan bir yenilik gətirib. 20 il ərzində “Çağ” Öyrətim Azərbaycanın təhsil sisteminin tərkib hissəsində özünəməxsus bir yer tutub. Mən bunu həmişə demişəm bu gündə deyirəm bu şirkətin fəaliyyəti ölkə təhsili üçün hər zaman nümunə olub və bu gün də işini uğurla davam etdirir. Əminliklə deyə bilərik ki, onlar bu fəaliyyətləri ilə ulu öndər Heydər Əliyevə verdikləri sözə hörmətlə, sədaqətlə əməl ediblər. Bütün bu kimi uğurlar “Çağ”da fəaliyyət göstərən doğru, dürüst, halal adamların əməyinin nəticəsidir. Son illər bu məktəblərə axının artmasının da əsasını  halallıqda axtarmaq lazımdır. Halallıq olan yerdə həm inkişaf, həm də tərəqqi var. “Çağ”ın ölkəmizdə fəaliyyətinin iki onilliyi tamam olur. Hər kəs bilir ki, təhsildə hər hansı bir nailiyyət əldə etmək o qədər sadə məsələ deyil. Bunun üçün 10 qat artıq çalışmaq lazımdır.
 “Çağ” öyrətim 20 il ərzində Azərbaycan təhsilinin inkişafında çox böyük xidmət göstərib. Qarşıdan isə yeni onilliklər gəlir. Əminəm ki, onlar təhsilimizdə hələ çox yeniliklər gətirəcəklər. Gələcək illərdə də “Çağ” Öyrətim Azərbaycanda çalışaraq Azərbaycan təhsilini daha da irəliyə aparacaq”.
Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədr müavini Mehmet Sağlam təbriklərini çatdırıb. M.Sağlam “Çağ”ın Azərbaycandakı fəaliyyəti barədə eşitdiklərindən qurur duyduğunu bildirib. 
 Daha sonra tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov da “Çağ”ın fəaliyyətini yüksək qiymətləndirib: “Müsəlman xalqlarından heç kəs indiyədək fundamental elmlərdən Nobel mükafatı almayıb. Yalnız Misir və Pakistandan olan alimlər Nobel mükafatı alıb ki, onlar da başqa ölkələrə köçdükdən sonra buna nail ola bilib. Amma ümid edirəm ki, “Çağ”ın məzunları arasında bu nəaliyyəti ələ edənlər olacaq».
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Naziri akademik Əli Abbasov, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiyası Komissiyasının sədri, akademik Arif Mehdiyev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, millət vəkilləri ziyalılar, “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyətindən və əldə etdikləri nailiyyətlərdən məmnun qaldıqlarını bildiriblər və gələcək işlərində uğurlar diləyiblər. Azərbaycanda təhsilin inkişafındakı xüsusi xidmətlərinə görə, “Çağ Öyrətim” şirkətinin bir qrup əməkdaşı Təhsil Nazirliyinin qabaqcıl təhsil işçisi döş nişanı, fəxri fərman ilə təltif olunub. Konfransın sonunda 20 illik fəaliyyəti dövründə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin məzunları olan və bu gün öz fəaliyyətləri ilə fərqlənən insanlara fəxri fərman və hədiyyələr təqdim olunub. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Kafkas İlköğretim Məktəbində şagirdlərin rəsm sərgisi keçirilib

 “Çağ” Öyrətim Şirkəti Türkiyəli vətəndaşlar üçün açdığı Kafkas İlköğretim Okulunda “24 noyabr” Türkiyədə ənənəvi olaraq keçirilən Müəllimlər Günü münasibətilə kiçik yaşlı məktəblilərin rəsm sərgisi keçirilib. 

Sərgidə şagirdlər müəllimlərinə olan sevgi və istəklərini, eləcə də arzu və düşüncələrini akvarel, guaş və qara qələmlə çəkdikləri rəsmlərlə bildiriblər.  Məktəblilərin çəkdikləri rəsmlərə baxan müəllimlər şagirdlərinin onlara olan sevgi və istəklərindən məmnun qalıblar.    




"Bank of Baku" ilə Qafqaz Universiteti arasında əməkdaşlıq razılaşması imzalanıb



Bu günlərdə “Bank ofBaku” ilə Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. 
Razılaşmanı “Bank of Baku”nun sədr müavini Zaur Qaraisayev və Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç imzalayıblar.
İmzalanmış sazişin əsas məqsədi bankın bilik və təcrübəsinin universitetdə istifadəsinə və ali məktəb tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır. Sənəd universitet müəllimlərinin müasir informasiya texnologiyaları üzrə bankda stajkeçmə və ixtisasartırma kurslarının təşkili və keçirilməsi, universitet məzunlarının işlə təmin olunması, universitet tələbələrinin bankın bölmələrində istehsalat təcrübəsinin, müxtəlif müştərək elmi-texniki konfransların keçirilməsini və digər tədbirləri ehtiva edir.
İmzalanma mərasimində çıxış edən “Bank of Baku”nun sədr müavini Zaur Qaraisayev bildirdi ki, müştərək fəaliyyət xüsusən də gənclər üçün yeni imkanlar yaradır. “Bank of Baku”nun kadr siyasətinin prioriteti yeni istedadlı gənclərin banka cəlb edilməsindən ibarətdir. Bu mənada bu saziş bizim üçün münbit bir zəmin olacaq”.
Öz növbəsində Qafqaz Universitetinin rektoru Ahmet Saniç “Bank of Baku” ilə əməkdaşlıqdan məmnun olduqarını vurğuladı. Onun sözlərinə görə, ali məktəblə bank arasında əməkdaşlıq qarşılıqlı faydalı olacaq.

Tələbələr bankda müasir informasiya texnologiyaları üzrə təlim alacaqlar

  Qafqaz Universiteti ilə «Bank of Baku» arasında əməkdaşlıq müqaviləsi bağlanıb. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə universitetin sözçüsü Rəcəb Rzayev məlumat verib. O bildirib ki, müqaviləyə görə, bankın sərəncamında olan potensial üzrə müasir bilik və təcrübənin universitetdə istifadəsinə, universitet müəllimlərinin və tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır.

Razılaşmaya əsasən, universitetin müəllimlərinin müasir informasiya texnologiyaları üzrə bankda qısamüddətli stajkeçmə və ixtisasartırma kursları keçiriləcək, universitetdə tədris prosesinin maddi-texniki bazası və proqram təminatı möhkəmləndiriləcək, Təhsil Proqramının daimi informasiya dəstəyini təmin etmək məqsədi ilə bankın mütəxəssisləri tərəfindən müvafiq dərslər veriləcək və digər müasir tədris texnologiyaları üzrə ekspert-məsləhət xidmətləri göstəriləcək və sair bu qəbildən olan tədbirlər həyata keçiriləcək.Məlumat üçün bildirək ki, müqavilənin müddəti 5 ildir.
http://www.ictnews.az/read-19514-news-1.html

“Qafqaz” “Bank of Baku” ilə əməkdaşlıq müqaviləsi imzaladı


İş dünyası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verən Qafqaz Universiteti növbəti əməkdaşlıq müqaviləsini “Bank of Baku” ilə imzaladı. İkitərəfli əməkdaşlığın səmərəli nəticələrinin inkişafı kimi qiymətləndirilən müqavilənin imzalanma mərasimi Qafqaz Universitetində baş tutdu. Beş il müddətində qüvvədə qalacaq müqaviləni Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç və “Bank of  Baku” İdarə Heyəti sədrinin müavini Zaur Qaraisayev imzaladılar. Əməkdaşlıq müqaviləsinə görə, iki müəssisə arasında indiyə kimi mövcud olan qarşılıqlı münasibətlər daha da inkişaf etdiriləcək.İmzalanmış sazişin əsas məqsədi bankın bilik və təcrübəsinin universitetdə istifadəsinə və ali məktəb tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır. Sənəd universitet müəllimlərinin müasir informasiya texnologiyaları üzrə bankda stajkeçmə və ixtisasartırma kurslarının təşkili və keçirilməsi, universitet məzunlarının işlə təmin olunması, universitet tələbələrinin bankın bölmələrində istehsalat təcrübəsinin, müxtəlif müştərək elmi-texniki konfransların keçirilməsini və digər tədbirləri ehtiva edir.
İmzalanma mərasimində çıxış edən “Bank of Baku”nun sədr müavini Zaur Qaraisayev bildirdi ki, müştərək fəaliyyət xüsusən də gənclər üçün yeni imkanlar yaradır. “Bank of Baku”nun kadr siyasətinin prioriteti yeni istedadlı gənclərin banka cəlb edilməsindən ibarətdir. Bu mənada bu saziş bizim üçün münbit bir zəmin olacaq”.
Öz növbəsində, Qafqaz Universitetinin rektoru Ahmet Saniç “Bank of Baku” ilə əməkdaşlıqdan məmnun olduqarını vurğuladı. Onun sözlərinə görə, ali məktəblə bank arasında əməkdaşlıq qarşılıqlı faydalı olacaq.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=46023
  

Muğla Azerbaycan’a Konuk Oldu

Muğla Azerbaycan’a Konuk Oldu

Muğla Sıtkı Koçman Üniversitesi Rektörü Prof. Dr. Mansur Harmandar ve İçmeler Turizm Meslek Yüksekokulu Müdürü Okt. Zekeriya Bingöl İkili görüşmelerde ve incelemelerde bulunmak üzere Azerbaycan Turizm Üniversitesi Rektörünü Prof. Dr. Cafer Caferow’un davetlisi olarak Azerbaycan’a gittiler.
Azerbaycan’a konuk olan Rektör Prof. Dr. Mansur Harmandar ve  İçmeler Turizm Meslek Yüksekokulu Müdürü Okt. Zekeriya BİNGÖL, Azerbaycan’ın başkenti Bakü’de düzenlenen “XXI. Yüzyılda Turizm ve Rekreasyon: Sorunlar ve Çözüm Önerileri” konulu uluslararası konferansa katıldılar.
Baku’de yapılan XXI. Yüzyılda Turizm ve Rekreasyon: Sorunlar ve Çözüm Önerileri konulu uluslararası konferansa Türkiye yanı sıra, KKTC’nin Rusya, Avusturya, Polonya, Ukrayna, Bulgaristan, Gürcistan, Özbekistan, Kırgızistan, Tacikistan ve daha birçok ülkeden konuşmacı katıldı.
Konuşmacıların Yanı sıra, Muğla Sıtkı Koçman Üniversitesi Rektör Prof. Dr. Mansur Harmandar, Recep Tayip Üniversitesi Rektörü Prof. Dr. Arif Yılmaz, Bakü Kafkas Üniversitesi Rektörü Ahmet Saniç, Türkiye’nin Azerbaycan Kültür Ataşesi ve Kuzey Kıbrıs Türk Cumhuriyeti Bakü Temsilcisi M. Sadettin Topukçu’da misafir olarak katıldı.
Zekeriya Bingöl, Azerbaycan Cumhuriyeti Kültür ve Turizm Bakanlığı bünyesinde kurulmuş olan Azerbaycan Turizm Enstitüsü Devlet Üniversitesi’nin düzenlediği konferansta “Türkiye’nin Akdeniz Bölgesindeki Dini Turizm’in Devlet Ekonomisindeki Rolü” konulu bildirisini sundu.
Seminerine misafir olarak katılan Rektör Prof. Dr. Mansur Harmandar burada kısada bir konuşma yaptı. Konuşmasında ilk defa Azerbaycan’a geldiğini ve iki devlet tek millet olduklarını vurgulayan Harmandar, Azeri halkını çok sevdiğini bu ziyaretin geç kalmış bir buluşma olduğunu, bundan böyle Azerbaycan ile ikili ilişkileri daha çok geliştireceklerin, kendilerini davet eden Turizm Üniversitesi Rektörü Cafer Caferow’a çok teşekkür ettiğini belirti.
Daha sonraki günlerde Bakü ve civarında incelemelerde bulunan Prof. Dr. Harmandar Bakü’ye hayran kaldığını belirtti.
Guba Şehrine de giden Harmandar ve Bingöl, burada 2007 yılında tesadüfen bulunmuş, Ermenilerin yapmış olduğu toplu katliam mezarlarını ziyaret ettiler. Toplu mezarlıkta çocuk iskeletinden, kadın iskeletine işkenceyle katledilmiş topluca gömülmüş insan kemikleri üst üste yığılmış bir vaziyette bulunuyordu.  Vahşice katledilmiş insan kemiklerin üzgün bir şekilde izleyen Prof. Dr. Harmandar “bunu yapanlar insan olamaz. Tüm insanlığın bu vahşeti görüp kimin soy kırım yaptığını görmesini isterim” dedi.
Ziyaret hakkında bilgi veren Muğla Sıtkı Koçman Üniversitesi Rektörü Prof. Dr. Mansur Harmandar “Azerbaycan ziyareti çok verimli geçtiği, insanların kendilerini çok iyi karşıladıklarını, çok güzel dostluklar kurduklarını, Azerbaycan’ın üç güzide Üniversitesi ile anlaşma imzaladıklarını, ikili ilişkileri daha da geliştireceklerini, kendileri ile ilgilenen başta Turizm Üniversitesi Rektörü Prof. Dr. Cafer Caferova ve Kafkas Üniversitesi Rektörü Prof. Dr. Ahmet Saniç olmak üzeri tüm yetkililere teşekkür ettiğini” belirti.
http://www.marmarismanset.com/genel/mugla-azerbaycana-konuk-oldu.html

70% INCREASE IN AZERI GOVERNMENT SCHOLARSHIPS FOR 2013

The UK Education Tour (UKET) has arrived in Baku, the Caucasus’ largest and most cosmopolitan city. 
UK universities are in Baku this week
Baku has undergone a transition in recent years, with a resurgence in oil and gas production driving the economy and providing funding for numerous state projects.
The Azeri government ‘Education Abroad Programme’, which began in 2007, sends young people from Azerbaijan to the world’s top universities, in order to obtain international education and training and therefore assist in the development of Azerbaijan.
(L-R) Nurana Muradova (UKTI), David Mitchell (Levant Education), Claire Taylor (Uni. of Nottingham), Prof. Dr. Ahmet Sanic (Rector, Qafqaz University), Rebecca Crookes, (Sheffield Hallam Uni.), David Thornber (Durham University), Martin Maule (City University), Behiye Bilgin (Levant Education).
Universities such as Nottingham, Kings College London, Durham, Essex, Sheffield, Kent, Sheffield Hallam, and City University met with the  Azerbaijan Ministry of Higher Education on Thursday as part of the UKET itinerary, which also included a visit to Qafqaz University.
During the meeting with Mr. Ali-Pasha Zeynalova (Head of Department, Education Abroad and International students), UK Education Tour university delegates learned that the number of students graduating from and studying in the UK is growing, and the number of UK universities recognised for the programme is increasing.
Around 400 students are in the UK now, with 153 new UK enrollments in 2012 . The UK is the number 1 destination for Azeri government scholarship students, followed by Germany (144) and Turkey (130). In 2012 the number of universities recognised for the purposes of the programme increased from 40 to 48. 
The Ministry scholarship fund, worth €20m in 2012, will rise by 70% in 2013 to €34m. UK universities expect once again to welcome the largest number of students. Students for Undergraduate programmes need either to complete a Foundation course, or transfer after 1 or 2 years of study in Azerbaijan. This is creating opportunities for Foundation providers and 2+2 programmes. Postgraduate students are also funded, with over 100 leaving Azerbaijan in 2012.
There are 2 large scholarship programmes in Azerbaijan: the second is run by the the state-owned oil and natural gas corporation of Azerbaijan, SOCARThe list of UK universities recognised for the SOCAR programme is here.
The UKET visit to Baku will conclude with an Embassy Cocktail on Friday evening, with local politicians and university leaders in attendance, and an Exhibition on Saturday. Levant Education promotes UK education in Turkey, Iraq and Azerbaijan through missions, exhibitions and online marketing.

“Çağ” Öyrətim İşlətmələri Şirkətinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

 Noyabrın 27-də “Çağ” Öyrətim İşlətmələri Şirkətinin 20 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan və “Çağ” Öyrətim-20 il: etimada sədaqətlə” mövzusunda keçiriləcək tədbiri ərəfəsində Çağ” Öyrətim İşlətmələri Şirkətinin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu “Çağ” Öyrətim İşlətmələri Şirkətinin Fəxri Baş Müəllimi Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşdur. 
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülmüşdür.





Türkiyənin “Fırat” Universitetinin rektoru Gəncə Azərbaycan – Türkiyə Özəl Liseyində olub

 Noyabrın 23-də Türkiyənin “Fırat” Universitetinin rektoru,  professor Kutbeddin Demirdağ, həmçinin universitetin prorektorları professor Ahmet Kazez, Ahmet Şaşmaz və  kafedra müdiri professor Etibar Pənahlı Gəncə Azərbaycan – Türkiyə Özəl Liseyində olublar. 

Qonaqlar əvvəlcə liseyin tədris şəraiti və liseydə tətbiq olunan yeni təhsil texnologiyaları ilə yaxından tanış olublar. Sonra dəyirmi masa arxasında keçirilən görüş zamanı liseyin müdiri Kenan Güzel məktəbin təhsildə əldə etdiyi nailiyyətləri uğurları barədə qonaqlara ətraflı məlumat verib. 

Fırat Universitetinin rektoru,  professor Kutbeddin Demirdağ və onun başçılıq etdiyi professor heyəti liseydə şagirdlər üçün hazırlanmış tədris şəraitindən, məktəblilərin nizam-intizamından məmnun qaldıqlarını bildiriblər.Onlara təhsildə uğurlar diləyiblər.

http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/714-tuerkiynin-frat-universitetinin-rektoru-liseyd291112.html

Qafqaz Universitetində yeni kitab işıq üzü gördü.

Qafqaz Universiteti Ərəb dili və ədəbiyyatı kafedrasının mütəxəssisləri hazırladıqları "Ərəbcə-azərbaycanca siyasi terminlər və beynəlxalq təşkilat adları lüğəti" mütəxəssislərin, tələbə və doktorantların, eləcə də ərəb dilli geniş oxucu kütləsinin diqqətinə təqdim edir. 
Lüğət ərəb dilindən Azərbaycan dilinə tərcümə, xüsusilə də, siyasi məzmunlu tərcümə ilə məşğul olanlara yardım  olmaq məqsədilə hazırlanmışdır. Lüğət praktik tərcümə lüğətidir. Lüğətdə sözlər ərəb əlifbası ardıcıllığı ilə və azərbaycanca müvafiq qarşılığı ilə təqdim edilir. Lüğətin sırf tərcümə lüğəti olması və tərtibi qaydalarının sadəliyi onu istifadə üçün daha rahat və əlverişli edir.  
http://qu.edu.az/view_news.php?news=2774&link=&lang=az

ƏRƏBCƏ-AZƏRBAYCANCA LÜĞƏT (Siyasi-hərbi terminlər lüğəti və beynəlxalq təşkilat adları)

ƏRƏBCƏ-AZƏRBAYCANCA LÜĞƏT (Siyasi-hərbi terminlər lüğəti və beynəlxalq təşkilat adları)

Dos. Məmmədəli Babaşlı, Dr. Qafar Ocaqlı, Anar Eyvazov, Dr. Mahir Həmidov, Nuranə Həmidova

Səhifə sayı:    284
Format:     17x24sm
Nəşr ili:     2012
ISBN 978-9952-468-12-0
Faylın həcmi: 2.4 MB
26 dəfə yüklənib
  Download PDF
Qafqaz Universiteti Nəşriyyat Komissiyasının təklifi və Elmi Şurasının 23.06.2011-ci il, 2011/107.09 sayılı əmri ilə Universitet nəşri olaraq çap olunmasına qərar verilmişdir.
Bu kitabın Azərbaycanda nəşr hüquqları Qafqaz Universitetinə aiddir. Müəllifin icazəsi olmadan qismən və ya tamamən yenidən nəşr oluna bilməz.

"Bank of Baku" ilə Qafqaz Universiteti arasında əməkdaşlıq razılaşması imzalanıb

Bu günlərdə “Bank of Baku” ilə Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşmanı “Bank of Baku”nun sədr müavini Zaur Qaraisayev və Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç imzalayıblar.

İmzalanmış sazişin əsas məqsədi bankın bilik və təcrübəsinin universitetdə istifadəsinə və ali məktəb tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır. Sənəd universitet müəllimlərinin müasir informasiya texnologiyaları üzrə bankda  stajkeçmə və ixtisasartırma kurslarının təşkili və keçirilməsi, universitet məzunlarının işlə təmin olunması, universitet tələbələrinin bankın  bölmələrində istehsalat təcrübəsinin, müxtəlif müştərək elmi-texniki konfransların  keçirilməsini və digər tədbirləri ehtiva edir.

İmzalanma mərasimində çıxış edən “Bank of Baku”nun sədr müavini Zaur Qaraisayev bildirdi ki, müştərək fəaliyyət xüsusən də gənclər üçün yeni imkanlar yaradır. “Bank of Baku”nun kadr siyasətinin prioriteti yeni istedadlı gənclərin banka cəlb edilməsindən ibarətdir. Bu mənada bu saziş bizim üçün münbit bir zəmin olacaq”.

Öz növbəsində Qafqaz Universitetinin rektoru Ahmet Saniç “Bank of Baku” ilə əməkdaşlıqdan məmnun olduqarını vurğuladı. Onun sözlərinə görə, ali məktəblə bank arasında əməkdaşlıq qarşılıqlı faydalı olacaq.

Bank of Baku
http://www.milli.az/news/economy/154252.html#popupInfo

Qafqaz Universiteti ilə Bank of Baku arasında müqavilə imzalanıb

AZADİNFORM. Qafqaz Universiteti ilə Bank of Baku arasında ikitərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Məlumatı “Azadinform” Qafqaz Universitetindən veriblər.
Qafqaz Universitetində imzalanan müqaviləyə görə, iki müəssisə arasında indiyə kimi mövcud olan qarşılıqlı münasibətlər daha da inkişaf etdiriləcək.
Razılaşmanın məqsədi bankın sərəncamında olan potensial üzrə müasir bilik və təcrübənin universitetdə istifadəsinə, universitet müəllimləri və tələbələrinin Bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır.
Qeyd edək ki, beş il müddətində qüvvədə qalacaq müqaviləni Qafqaz Universitetinin rektoru prof. Ahemt Saniç və Bank of  Baku İdarə Heyəti sədrinin müavini Zaur Qaraisayev imzalayıblar.
http://www.azadinform.az/news/a-34185.html