Bakıda “Çağ” Öyrətim İşlətmələri şirkətinin 20 illik yubileyi qeyd olunub

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bakıda "Çağ" Öyrətim İşlətmələri şirkətinin 20 illik yubileyi qeyd olunub.

Trend-in məlumatına görə, bu münasibətlə Gülüstan sarayında "Müasir Azərbaycan və "Çağ" öyrətim" adlı konfrans keçirilib.

"Etimada sədaqətlə 20 il" şüarı altında keçirilən tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, təhsil ictimaiyyətinin nümayəndələri və xaricdən gələn qonaqlar iştirak edib.

Tədbirin açılışında Türkiyə prezidenti Abdullah Gülün təbrik məktubu oxunub. Sonra şirkətin 20 illik fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Daha sonra tədbirdə çıxış edən şirkətin idarə heyətinin sədri Ənvər Özərən bildirib ki, ümummilli lider Heydər Əliyev təhsilin inkişafına daim böyük önəm verib və onun ideyaları bu gün prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

"Tarix baxımında 20 il ərzində qısa bir zaman kimi görünsə də bu illər ərzində şirkət mühüm işlər görərək yeniliklərə və uğurlara imza atıb. Ulu öndər Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri vəzifəsində işləyərkən, 1992-ci il dekabrın 1-də Türkiyə Cümhuriyyətinin özəl təhsil qurumu ilə bağladığı təhsil müqaviləsi Azərbaycanda ilk Azərbaycan-Türkiyə özəl təhsil müəssisələrinin fəaliyyətinə yol açıb", - Özərən deyib.

O qeyd edib ki, ÇÖİŞ-in təhsil müəssisələri - Azərbaycan-Türkiyə özəl liseyləri, "Araz" kursları və Qafqaz Universiteti öz fəaliyyətləri ilə respublikaya 530-dan çox beynəlxalq dərəcəli qızıl, gümüş və bürünc medallar qazandırıb.

Onun sözlərinə görə, hazırda bu şirkətin məktəblərində çalışan müəllimlərin 80 faizini yerli kadrlardan ibarətdir. "Təhsil müəssisələrin məzunlarının 99 faizi Azərbaycanın və dünyanın nüfuzlu ali məktəblərinə ən yüksək ballarla qəbul olunurlar", - Özərən deyib.

Təhsil naziri Misir Mərdanov isə çıxışında qeyd edib ki, 20 ildir ki, "Çağ" Azərbaycan təhsili üçün bir örnəkdir. "Bu şirkət Azərbaycan təhsilinə dünya təcrübəsinə əsaslanan bir yenilik gətirdi. 20 il ərzində "Çağ" öyrətim Azərbaycanın təhsil sisteminin tərkib hissəsində özünəməxsus bir yer tutub. Onun fəaliyyəti ölkə təhsili üçün hər zaman nümunə olub və bu gün də işini uğurla davam etdirir", - Mərdanov deyib.

Türkiyə Böyük Millət Məclisinin sədr müavini Mehmet Sağlam təbriklərini çatdırıb.

Tədbirdə Azərbaycanda təhsilin inkişafındakı xüsusi xidmətlərinə görə, "Çağ öyrətim" şirkətinin bir qrup əməkdaşı Təhsil Nazirliyinin qabaqcıl təhsil işçisi döş nişanı, fəxri fərman ilə təltif olunub.

Konfransın sonunda 20 illik fəaliyyəti dövründə"Çağ" Öyrətim İşlətmələri Şirkətinin məzunları olan və bugün öz fəaliyyətləri ilə fərqlənən insanlara fəxri fərman və hədiyyələr təqdim olunub.
http://az.trend.az/news/society/2092889.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF