Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma öz hakimliyim!


Əsrlər boyu Azərbaycan xalqı müstəqil dövlət qurmaq, onun atributlarını qorumaq arzusunda olub. Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü bayram edilir. 
Qafqaz Universitetinin foyesində qoyulmuş Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Dövlət Bayrağı və milli bayrağımızın  tarixini,  onun   rəng  palitrasının   və  üzərindəki simvolların məna və funksiyalarını təbliğ edən videogörüntülər milli bayrağımıza məhəbbət hissindən, təsəvvürlərdə və şüurlarda  onun  müqəddəsləşdirilməsi, bu müqəddəsliyin milli varlığımıza hopmasına nail olunması istəyindən doğurdu. 
“Oğuz” və “Media” klublarının təşkilatçılığı ilə keçirilən “Köksümüzdə dalğalansın Azərbaycan Bayrağı” aksiyası çərçivəsində hər kəsə paylanan Azərbaycan Bayrağı döş nişanları qəlbləri fərəhlə doldurdu. Şəhidlərin ruhunun daşıyıcısı olan bu bayraqlar millətimizi birləşdirir, torpaqlarımızın düşmən tapdağından xilas ediləcəyinə inam aşılayırdı. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF