“bp-Azərbaycan” şirkəti tələbələrə xüsusi mükafatlar təqdim etmişdir

Bakı, 23 noyabr (AzərTAc). Noyabrın 23-də “bp-Azərbaycan” şirkəti tərəfindən neft-qaz mühəndisliyi sahəsində ixtisaslaşan bir qrup birinci kurs tələbəsinə xüsusi mükafatlar təqdim olunmuşdur. Bu tələbələr Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti və Xəzər Universitetindən seçilmişlər.
AzərTAc xəbər verir ki, təqdimat mərasimində mükafatlar beş yerli universiteti təmsil edən 31 ən yaxşı tələbəyə verilmişdir. Onlar ali məktəbə qəbul zamanı on bir ixtisas üzrə bu il ən yüksək bal toplamış tələbələrdir. Həmçinin tələbələrə şirkətin maliyyə dəstəyi ilə 10 aylıq ingilis dilinin təlimi proqramında iştirak etmək imkanı veriləcəkdir.
Qeyd olunmuşdur ki, Azərbaycanda bp ən yaxşı tələbələrə xüsusi mükafatların verilməsi proqramına 2007-ci ildən başlamışdır. Proqramın məqsədi neft və qaz sahələrində ixtisaslaşan tələbələrin təhsilinə dəstək verməkdən ibarətdir. Bu mükafatlar hər il təqdim olunur. Bu günə qədər şirkət xüsusi mükafatlarını 337 tələbəyə təqdim etmiş və onlardan səkkizi sonradan şirkətdə fəaliyyətlərini davam etdirmişdir.
Tədbirdə çıxış edən “bp-Azərbaycan” şirkətinin geoloji-kəşfiyyat və qiymətləndirmə üzrə vitse-prezidenti Qreq Rayli demişdir ki, bu il şirkət Azərbaycandakı fəaliyyətinin 20 illiyini qeyd edir. Şirkət hələ uzun illər Azərbaycanın neft və qaz sahəsində çalışaraq ən etibarlı tərəfdaşı olaraq öhdəliklərini yerinə yetirəcəkdir.
Qreq Rayli tələbələri təbrik etmiş, bu mükafatların onların neft və qaz sahəsində ixtisaslaşması üçün başlanğıc olduğunu bildirmişdir.
Sonda mükafatlar tələbələrə təqdim olunmuşdur.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF