“Çağ” 20 yaşını bayram edir

Azərbaycan təhsilində yeni səhifələr açmış “Çağ” Öyrətim Şirkəti bu gün “Gülüstan” sarayında fəalyyətə başlamasının 20 illiyini bayram edir. Yubiley tədbirində Azərbaycanın dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, tanınmış elm və ictimai xadimlərinin, sənət adamlarının, media mənsublarının iştirakı nəzərdə tutulub. Tədbirin təşkilat komitəsindən verilən məlumata görə, Türkiyə tərəfindən tanınmış qonaqların iştirakı gözlənilir.

“Çağ”ı yubiley münasibətilə təbrik edir, Azərbaycan təhsilinə xidmət yolunda ona yeni-yeni uğurlar arzulayırıq.

“Çağ” Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyətə başlamasının 20 illiyi münasibətilə dünən bu qurumun İdarə Heyətinin sədri Enver Özeren, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz, şirkətin müşaviri Ağarəsul Məmmədov, həmçinin müəllim və şagirdlər Fəxri xiyabana gələrək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. “Çağ” Öyrətim İşlətmələri Şirkətinin kollektivi adından ulu öndərin məzarına əklil qoyulub və ümummilli liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Şirkətin kollektivi həmçinin görkəmli oftomoloq alim, akademik Zərifə Əliyevanın da məzarını ziyarət ediblər. Daha sonra jurnalistlərə açıqlama verən İdarə Heyətinin sədri Enver Özeren “Çağ” Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdəki fəaliyyətindən, 20 ildə əldə etdikləri uğurlardan bəhs edib. Enver Özeren bildirib ki, son 20 il ərzində liseylərin məzunları Azərbaycana beynəlxalq müsabiqələr və yarışlardan 98-i qızıl medal olmaqla 500 medal gətiriblər.

Qeyd edək ki, bu gün “Gülüstan” sarayında “Çağ” Öyrətim İşlətmələri Şirkətinin 20-ci ildönümünə həsr olunmuş “Müasir Azərbaycan və “Çağ” Öyrətim - etimada sədaqətlə 20 il” adlı yubiley yekun proqramı da keçiriləcək.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır