"Çağ Öyrətim" 20 illik yubileyini keçirib

"Çağ Öyrətim" Şirkətinin Azərbaycanda fəaliyyətə başlamasından 20 il ötür. Bu münasibətlə "Etimada sədaqətlə 20 il" devizi altında yubiley tədbiri keçirilib.

   Əvvəlcə Türkiyənin prezidenti Abdulla Gülün tədbirə ünvanlanan təbrik məktubu oxunub, daha sonra "Çağ Öyrətim"in 20 illiyinə həsr edilmiş film nümayiş etdirilib. "Çağ Öyrətim" İşlətmələrinin rəhbəri Ənvər Özərənin sözlərinə görə, şirkət hazırda 10 lisey, 1 gimnaziya, 1 ibtidai məktəb, 13 ali təhsilə hazırlıq kursları və 1 universiteti özündə birləşdirir. "Şagirdlərimizin təlim-tərbiyəsi ilə ən təcrübəli, seçilmiş alim və pedaqoqlar məşğul olurlar ki, onların da çoxu azərbaycanlılardır. Məzunlarımızın 99 faizi hər il dünyanın müxtəlif universitetlərinin seçilmiş fakültələrinə daxil olurlar".

   ""Çağ Öyrətim" Azərbaycan təhsilinin inkişafında böyük rol oynayıb. Mən "Çağ Öyrətim"i Azərbaycan təhsilinin bir hissəsi kimi qəbul edirəm" deyən Təhsil naziri Misir Mərdanov isə başda adıçəkilən şirkətinin rəhbəri Ənvər Özərən olmaqla qurumun müəllimlərini mükafatlandırıb.

   Tədbirin sonunda "Çağ Öyrətim" Şirkətinin məzunlarına mükafatlar təqdim edilib.

   İradə CƏLİL
http://www.ekspress.az/2012/11/29/get=82426

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF