“Çağ” Öyrətim İşlətmələri Şirkətinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

Noyabrın 27-də Bakıda “Çağ” Öyrətim İşlətmələri Şirkətinin 20 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan və “Çağ” Öyrətim-20 il: etimada sədaqətlə” mövzusunda tədbir keçiriləcək. “Qafqazinfo”nun məlumatına görə, bu münasibətlə noyabrın 26-da “Çağ” Öyrətim İşlətmələri Şirkətinin kollektivi Fəxri xiyabana gələrək ümummilli lider, Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub. “Çağ” Öyrətim İşlətmələri Şirkəti (ÇÖİŞ) idarə heyətinin sədri Ənvər Özərən jurnalistlərlə müsahibəsində Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, onun ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Ölkəmizdə təhsilə göstərilən xüsusi diqqət və qayğıdan danışan Ə.Özərən qeyd edib ki, ÇÖİŞ-in təhsil müəssisələri –Azərbaycan-Türkiyə özəl liseyləri, “Araz” kursları və Qafqaz Universiteti öz fəaliyyətləri ilə respublikaya 530 –dan çox beynəlxalq dərəcəli qızıl, gümüş və bürünc medallar qazandırıb. Təhsil müəssisələri məzunlarının 99 faizi Azərbaycanın və dünyanın nüfuzlu ali məktəblərinə ən yüksək ballarla qəbul olunurlar. Ə. Özərən müvafiq sahənin inkişafı üçün bundan sonra da təhsil müəssisələrinin səmərəli fəaliyyət göstərəcəklərinə əminliyini bildirib. Nigar Məmmədli
http://qafqazinfo.az/site/“ÇAĞ”_ÖYRƏTIM_İŞLƏTMƏLƏRI_ŞIRKƏTININ_KOLLEKTIVI_HEYDƏR_ƏL

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır