Misir Mərdanov “Çağ” Öyrətim İşlətmələri Şirkəti məzunlarını təltif etdi


Bakıda “Çağ” Öyrətim İşlətmələri Şirkətinin 20 illik yubileyinə həsr olunan “Müasir Azərbaycan və “Çağ” öyrətim” adlı geniş konfrans keçirilib. 

AzNews.az-in məlumatına görə, tədbirdə təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Mehmet Sağlam, azərbaycanlı millət vəkilləri, dövlət qurumlarının rəsmiləri, Azərbaycanın bir sıra təhsil müəssisələrinin nümayəndələri və Türkiyənin təhsil mütəxəssisləri iştirak ediblər.
“Etimada sədaqətlə 20 il” devizi altında keçirilən yubiley tədbirində Türkiyənin prezidenti Abdulla Gülün təbrik məktubu oxunub. Daha sonra şirkətin 20 illik uğurlu fəaliyyətindən bəhs edən film nümayiş olunub. Tədbirdə qonaqları salamlayan şirkətin idarə heyətinin sədri Ənvər Özərən çıxış edərək geridə qalan 20 illik fəaliyyətlə bağlı geniş nitq söyləyib. 
Təhsil naziri Misir Mərdanov “Çağ” Öyrətim İşlətmələri şirkətinin Azərbaycanın təhsil sistemində gördüyü mühüm işlərdən söz açıb və şirkəti 20 illik yubileyi münasibəti ilə təbrik edib.
TBMM-nin sədr müavini Mehmet Sağlam Azərbaycanın təhsil sistemində görülən işlərlə bağlı fikirlərini çatdırıb. O, bu istiqamətdə “Çağ” Öyrətim İşlətmələri şirkətinin qazandığı uğurların davamlı olacağını və atılan addımların Azərbaycanın təhsili üçün müsbət nəticələrə gətirib çıxaracağını bildirib. 

Sonra Azərbaycanda təhsilin inkişafındakı xüsusi xidmətlərinə görə, “Çağ Öyrətim” şirkətinin bir qrup əməkdaşı Təhsil Nazirliyinin qabaqcıl təhsil işçisi döş nişanı və fəxri fərmanları ilə, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin məzunları qazandıqları uğurlara görə təltif ediliblər.

Vasif Həsənli
AzNews.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF