Məmməd Aslanın Sumqayıt Özəl Türk Liseyində şagirdlərlə görüşü olub



Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar mədəniyyət işçisi, şair, tərcüməçi və ən başlıcası, hamımızın sevimlisi Məmməd Aslanın Sumqayıt Özəl Türk Liseyində şagirdlərlə görüşü olub. 
Qonaq əvvəlcə liseydə şagirdlər üçün hazırlanmış tədris şəraiti və yeni tətbiq olunan elektron təhsil sistemi ilə “Ağıllı lövhə”lərlə yaxından tanış olub. Buradakı səliqə səhman, şagirdlərin dərsə olan marağı, onların nizam-intizamı şairin diqqətini cəlb edib. 
Sonra liseyin bir qrup müəllim və şagirdləri ilə görüşən şair “Çağ” Öyrətim İşlətmələrinin Azərbaycan-Türkiyə Özəl Liseylərində eləcə də Sumqayıt Özəl Türk Liseyində məktəblilər üçün hazırlanmış şəraitdən olduqca məmnun olduğunu xüsusilə qeyd edib. Şagirdlərin təlim-tərbiyəsinin və onların dərslərinə davamiyyətinin belə yüksək səviyyədə təşkil olmasında liseyin pedaqoji kollektivinin əməyini  yüksək qiymətləndirib. 
Elm öyrənmək və öyrətmək  yüksək mənəvi dəyər olduğunu bildirib. Müəllim peşəsinin çətin, yorulmaz əmək ,fədakarlıq və səbr tələb etdiyni xüsusilə vurğulayan şair məktəblilərin bu əziyyətlərin nəticəsində vətənpərvər layiqli vətəndaş kimi böyüdüklərini deyib. Bu görüşdən məmnun olduğunu söyləyən şair Sumqayıt Özəl Türk Liseyinin pedaqoji kollektivinə təhsildə uğurlar diləyib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır