“Müasir Azərbaycan və “Çağ” öyrətim” -20 il etimada sədaqətlə FOTOLAR

 Noyabrın 27-də “Gülüstan” sarayında “Çağ” Öyrətim İşlətmələri Şirkətinin 20 illik yubileyinə həsr olunan “Müasir Azərbaycan və “Çağ” Öyrətim-20 il etimada sədaqətlə” adlı konfrans keçirilib. Konfrans Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himnin və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının oxunması ilə başlayıb. “Etimada sədaqətlə 20 il” devizi altında keçirilən tədbirdə nazirlər, komitə və ictimai birliklərin, qeyri hökumət təşkilatlarının rəhbərləri, millət vəkilləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə Türkiyənin  prezidenti Abdullah Gülün tədbirə ünvanlanan təbrik məktubu oxunub. Sonra şirkətin 20 illik fəaliyyətindən bəhs edən film nümayiş olunub. Daha sonra “Çağ” Öyrətim İşlətmələri Şirkətinin idarə heyətinin sədri dr. Enver Özeren şirkətin 20 illik fəaliyyəti barədə tədbir iştirakçılarına hesabat verib: 

Hesabatda deyilir: “Təhsilin inkişafına daima xüsusi diqqət və qayğı ilə yanaşan Ümummilli lider Heydər Əliyev “Çağ”ın Azərbaycanda fəaliyyətinə xeyir-dua verib. Ulu öndər Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri vəzifəsində işləyərkən, Türkiyə Cümhuriyyətinin özəl təhsil qurumu ilə bağladığı təhsil müqaviləsi Azərbaycanda ilk Azərbaycan-Türkiyə özəl təhsil müəssisələrinin fəaliyyətinə yol açıb. Onun ideyalarını bu gün Azərbaycan Respublikasının Prezident İlham Əliyev uğurla həyata keçirir. Tarix baxımında 20 il qısa bir zaman kimi görünsə də bu illər ərzində şirkət təhsil sahəsində mühüm işlər görərək böyük uğurlara imza atıb. Bu müddət ərzində “Çağ” Öyrətim İşlətmələrinin təhsil müəssisələri –Azərbaycan-Türkiyə özəl liseyləri, “Araz” kursları və “Qafqaz” Universiteti öz fəaliyyətləri ilə respublikaya 530–dan çox beynəlxalq dərəcəli qızıl, gümüş və bürünc medallar qazandırıb. Hazırda bu məktəblərdə çalışan müəllimlərin 80 faizi yerli kadrlardan ibarətdir. Bu isə eyni zamanda, “Çağ”ın daha bacarıqlı, bilikli müəllimlər də yetişdirməsindən xəbər verir. Təhsil müəssisələri məzunlarının 99 faizi Azərbaycanın və dünyanın nüfuzlu ali məktəblərinə ən yüksək ballarla qəbul olunurlar. Müvafiq sahənin inkişafı üçün bundan sonra da təhsil müəssisələrinin səmərəli fəaliyyət göstərəcəklərinə əminəm”.
Daha sonra çıxış edən təhsil naziri Misir Mərdanov “Çağ” Öyrətim İşlətmələrinin Azərbaycana gəlməşini və ötən illər ərzindəki fəaliyyətini yüksək qiymətləndirərək belə deyib: “Əslində 20 illik tarix qısa bir zamandır. Lakin “Çağ”ın bu tarixinin səhifələrini vərəqlədikcə onlarla iyirmi ildə görülən işlərin şahidi olmaq olar. 20 ildir ki, “Çağ” Azərbaycan təhsili üçün bir örnəkdir. Bu şirkət Azərbaycan təhsilinə dünya təcrübəsinə əsaslanan bir yenilik gətirib. 20 il ərzində “Çağ” Öyrətim Azərbaycanın təhsil sisteminin tərkib hissəsində özünəməxsus bir yer tutub. Mən bunu həmişə demişəm bu gündə deyirəm bu şirkətin fəaliyyəti ölkə təhsili üçün hər zaman nümunə olub və bu gün də işini uğurla davam etdirir. Əminliklə deyə bilərik ki, onlar bu fəaliyyətləri ilə ulu öndər Heydər Əliyevə verdikləri sözə hörmətlə, sədaqətlə əməl ediblər. Bütün bu kimi uğurlar “Çağ”da fəaliyyət göstərən doğru, dürüst, halal adamların əməyinin nəticəsidir. Son illər bu məktəblərə axının artmasının da əsasını  halallıqda axtarmaq lazımdır. Halallıq olan yerdə həm inkişaf, həm də tərəqqi var. “Çağ”ın ölkəmizdə fəaliyyətinin iki onilliyi tamam olur. Hər kəs bilir ki, təhsildə hər hansı bir nailiyyət əldə etmək o qədər sadə məsələ deyil. Bunun üçün 10 qat artıq çalışmaq lazımdır.
 “Çağ” öyrətim 20 il ərzində Azərbaycan təhsilinin inkişafında çox böyük xidmət göstərib. Qarşıdan isə yeni onilliklər gəlir. Əminəm ki, onlar təhsilimizdə hələ çox yeniliklər gətirəcəklər. Gələcək illərdə də “Çağ” Öyrətim Azərbaycanda çalışaraq Azərbaycan təhsilini daha da irəliyə aparacaq”.
Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədr müavini Mehmet Sağlam təbriklərini çatdırıb. M.Sağlam “Çağ”ın Azərbaycandakı fəaliyyəti barədə eşitdiklərindən qurur duyduğunu bildirib. 
 Daha sonra tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov da “Çağ”ın fəaliyyətini yüksək qiymətləndirib: “Müsəlman xalqlarından heç kəs indiyədək fundamental elmlərdən Nobel mükafatı almayıb. Yalnız Misir və Pakistandan olan alimlər Nobel mükafatı alıb ki, onlar da başqa ölkələrə köçdükdən sonra buna nail ola bilib. Amma ümid edirəm ki, “Çağ”ın məzunları arasında bu nəaliyyəti ələ edənlər olacaq».
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Naziri akademik Əli Abbasov, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiyası Komissiyasının sədri, akademik Arif Mehdiyev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, millət vəkilləri ziyalılar, “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyətindən və əldə etdikləri nailiyyətlərdən məmnun qaldıqlarını bildiriblər və gələcək işlərində uğurlar diləyiblər. Azərbaycanda təhsilin inkişafındakı xüsusi xidmətlərinə görə, “Çağ Öyrətim” şirkətinin bir qrup əməkdaşı Təhsil Nazirliyinin qabaqcıl təhsil işçisi döş nişanı, fəxri fərman ilə təltif olunub. Konfransın sonunda 20 illik fəaliyyəti dövründə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin məzunları olan və bu gün öz fəaliyyətləri ilə fərqlənən insanlara fəxri fərman və hədiyyələr təqdim olunub. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF