Qafqaz Universiteti ilə Bank of Baku arasında əməkdaşlıq müqaviləsi imzalandı

29 November, 2012, İş dünyası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verən Qafqaz Universiteti növbəti əməkdaşlıq müqaviləsini Bank of Baku ilə imzaladı. İki tərəfli əməkdaşlığın səmərəli nəticələrinin inkişafı kimi qiymətləndirilən müqavilənin imzalanma mərasimi Qafqaz Universitetində baş tutdu.
Əməkdaşlıq müqaviləsinə görə iki müəssisə arasında indiyə kimi mövcud olan qarşılıqlı münasibətlər daha da inkişaf etdiriləcəkdir.
Razılaşmanın məqsədi Bankın sərəncamında olan potensial üzrə müasir bilik və təcrübənin Universitetdə istifadəsinə, Universitet müəllimlərinin və tələbələrinin Bankın fəaliyyatinə cəlb edilməsinə nail olmaqdır.
          
Qeyd edək ki, beş il müddətində qüvvədə qalacaq müqaviləni Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç və Bank of  Baku İdarə heyəti sədrinin müavini Zaur Qaraisayev imzaladılar.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır