Qafqaz Universitetinin bir qrup müəllimi Türkiyədə texnopark modelini öyrənmişdir

Bakı, 23 noyabr (AzərTAc). Qafqaz Universitetinin bir qrup müəllimi Türkiyə universitetlərinin texnopark modelini öyrənmək üçün bu qardaş ölkədə olmuşdur.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, səfər müddətində müəllimlər Türkiyənin Hacettepe, Yıldız Texnik, Boğaziçi, Özyeğin, İstanbul Texniki və Yaxın Şərq Texniki universitetlərinin texnoparklarında olmuş, bu qurumların fəaliyyəti ilə tanış olaraq onların mövcud modelini öyrənmişlər.
Türkiyədə 45 texnopark fəaliyyət göstərir. Onların illik ixracatı bugünkü statistikalara görə, 500 milyon ABŞ dollarından çoxdur və bu tendensiya ildən-ilə artır.
Türkiyə texnoparklarının xarakterik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, başqa ölkələrdən fərqli olaraq burada adı çəkilən qurumlar universitetlərin tərkibində qurulur və beləliklə də akademik mühitlə sənayenin sinerjisini maksimum şəkildə təmin etmək olur.
Həmin tipli texnopark Qafqaz Universitetində də yaxın vaxtlarda qurulacaqdır.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır