Qafqaz Universitetinin tələbələri Erasmus Mundus ALRAKIS-I çərçivəsində mübadilə haqqını qazandılar

12 November, 2012, 2011-ci ildən etibarən Qafqaz Universitetinin əməkdaşı olduğu Avropa Birliyinin Erasmus Mundus layihəsində 2012-ci ildə də iki yeni proqramda iştirak etmək hüququ qazanaraq cəmi üç proqramda təmsil olunmuşdur. 
BACKIS və ALRAKIS-II adlanan yeni layihələr əsasən eyni məqsədlə daha çox tələbə və tədqiqatçının daha fərqli universitetlərə göndərmək imkanı verir. Bununla bağlı Noyabr ayının 6-10 tarixlərində Ukraynanın Odessa, Simferepol və Yalta şəhərlərində keçirilən təqdimat mərasimlərində universitetmizin əməkdaşları iştirak etmiş və müvafiq əməkdaşlıq əlaqələrinin qurulmasını həyata keçirmişdirlər. Bu proqramlara müraciət cari ilin noyabr ayının sonlarından başlayacaqdır.  
Hal-hazırda icrada olan ALRAKIS-I  proqramında iştirak etmək üçün müraciət edən bir çox universitetlərin tələbə və müəllim heyətinin dəyərləndirilməsi yekunlaşdırılmış və qaliblər təsdiqlənmişdir. Sevindirici haldır ki, dəyərləndirmənin nəticəsində keçən illə müqayisədə Universitetimzdən  daha çox tələbə bu proqramda iştirak etmək hüququ əldə etmişdir. Bu il tələbələrimiz Avstriyanın Gratz universiteti və Almaniyanın Göttingen universitetində və buna əlavə olaraq bir nəfər idari əməkdaşımız da İsveçin KTH Royal Texniki Universitetində mübadilə imkanı qazanmışdır. 
Məlumat üçün qeyd etmək istəyirik ki, yuxarıda adları qeyd olunan  proqramda iştirak edən əməkdaş universitetlər aşağıdakılardır: 
  1. Tallin Universiteti, Estoniya
  2. Vilnius Gediminas Texniki Universiteti, Latviya
  3. Mazariyk Universiteti, Çex Respublikası
  4. Universidad del Pais Vasco/Euskampus, İspaniya
  5. Turin Politexnik Universiteti, İtaliya
  6. Adam Mickievicz Universiteti, Polşa
  7. Antverp Universiteti, Belçika
  8. Université Montpellier 3, Paul Valéry, Fransa
  9. Université Perpignan Via Domitia, Fransa
  10. Université Montpellier 2, Fransa

Qafqaz Universitetində bakalavr, magistr, doktorontura pillələrində təhsil alan tələbələr və Qafqaz Universitetinin idari və müəllim heyəti bu universitetlərdə təqaüdlə təhsil ala bilər və ya qısa müddətli tədqiqat fəaliyyətlərini həyata keçirə bilərlərlər. Tələbə və tədqiqatçıların təqaüdü, yol xərcləri, sığorta xərcləri Erasmus-Munds layihəsi tərəfindən qarşılanmaqdadır. Bu proqramlarda Qafqaz Universitetinin tələbələri ilə yanaşı digər universitetlərin tələbə və tədqiqatçıları da iştirak edə bilər. 

Məsələ ilə bağlı əlavə məlumat üçün Qafqaz Universiteti Xarici Əlaqələr şöbəsinə müraciət edə bilərsiniz.

Beynəlxalq Əlaqələr Ofisi
Ünvan: Bakı-Sumqayıt Yolu, 16-cı km., AZ0101, Xırdalan, Azərbaycan
e-mail: iro@qu.edu.az
 Click here for Google Maps location.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır