Tələbə həftəsində unudulmaz ləzzət


17 noyabr Beynəlxalq Tələbə Günüdür. Beynəlxalq Tələbə Günü respublikamızda da qeyd edilir. 17 noyabr Beynəlxalq Tələbə Günü ilə əlaqədar Gənclər və İdman Nazirliyi 10-17 noyabr həftəsini “Tələbə həftəsi” elan edib. Qafqaz Universitetinin tələbələri Mədəniyyət şöbəsinin Sənaye Mühəndisliyi  klubunun təşkilatçılığı ilə “ Tələbə həftəsi”ni Azərbaycan bazarında özünəməxsus yeri olan "Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-nin "Ulduz"  fabrikinin istehsalı olan keyfiyyətli, dadlı və zövqləri oxşayan şokoladları və Azərbaycanın ekoloji təmiz məhsullarından, doğma diyarımızın yaşıl bağlarından toplanmış meyvələrdən istehsal edilmiş 100% təbii Vita 1000 şirələrini hədiyyə olaraq daddılar. Tələbə həftəsini ağız dadı ilə yaşayanlar bir daha əmin oldular ki, Azərbaycan məhsulların keyfiyyəti, tərkibi, qablaşdırılması heç də dünya məhsullarından geri qalmır.
Yerli şirkətlərlə yaxından əməkdaşlıq edən Sənaye Mühəndisliyi  klubunun üzvləri tələbə həmkarlarına Azərbaycan məhsulunu tanıtdıraraq sevdirməklə yanaşı onların il ərzində istehlakçılar və müştərilər arasında nüfuz qazanmış, öz fəaliyyətləri ilə Azərbaycan iqtisadiyyatının inkişafına töhfə vermiş istehsal və xidmət sahələrində fəaliyyət göstərən mütəxəssislərlə görüşlərini təşkil etmək, maraqlı və aktual mövzularda seminar və treninqlər həyata keçirməyi planlaşdırır.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF