Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun liseydə şagirdlərlə görüşüb



 Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun Qubaya səfəri çərçivəsində Quba Özəl Türk Liseyində olub. Qonaq əvvəlcə bu təhsil ocağının tədris şəraiti ilə yaxından tanış olmaq üçün liseyin sinif otaqlarını, laboratoriyalarını, eləcə də kitabxanasını gəzmiş, liseydə tətbiq olunan yeni təhsil texnologiyaları “Ağıllı lövhə” və burada müəllimlər və şagirdlər üçün hazırlanmış şəraitlə yaxından tanış olub. Sonra səfir “Quba Özəl Türk Liseyi 1993-2000 ” adlı muzeydə də olaraq məktəbin inkişaf yolu tarixi ilə də tanış olub. Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu liseyin fəaliyyəti, təhsildə əldə etdiyi nailiyyətləri və yeni tətbiq olunmuş elektron məktəb sistemi haqqında ətraflı məlumat verib. Səfir liseyin təhsildə əldə etdiyi uğurlardan və burada şagirdlər üçün hazırlanmış şəraitdən məmnun olduğunu bildirib. İki qardaş ölkə arasında təhsil körpüsü olan  “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələri gənc nəslin yetişməsində böyük töhfələr verdiyini qeyd edib. Sonra liseyin xatirə kitabına ürək sözlərini yazıb. Liseyin müəllim və şagird kollektivinə təhsildə yeni-yeni uğurlar diləyib. 

Görüşün sonunda liseyin müdiri Mustafa Alagözoğlu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşquna xatirə hədiyyəsi təqdim edib. 




 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır