Türkiyənin Osmaniyə Korkut Ata Universitetinin rektoru Qafqaz Universitetində olmuşdur

Bakı, 13 noyabr (AzərTAc). Türkiyənin Osmaniyə Korkut Ata Universitetinin rektoru, professor Orhan Büyükalacanın başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olmuşdur. 

Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə bu ali məktəbin prorektoru, professor Niftalı Qocayev Azərbaycan ilə Türkiyənin tarixi birliyindən danışmış, ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırlatmışdır.
Professor N. Qocayev, eyni zamanda, Qafqaz Universitetinin fəaliyyəti barədə məlumat vermişdir.
Sonra iki universitet arasında qarşılıqlı əməkdaşlıq əlaqələri barədə geniş müzakirələr aparılmışdır.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır