Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Roland Kobia Qafqaz Universitetində

Dekabırın 5-də  Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Roland Kobia Qafqaz Universitetini ziyarət etdi. 
Ziyarət  zamanı Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç Universitet haqqında məlumat verdi. Roland Kobia söz alaraq Qafqaz Universitetində olmaqdan məmnun olduğunu bildirdi. 
Daha sonra  Roland Kobia Qafqaz Universitetinin yüksək təhsil verməsindən danışdı. Təmsilçi nitqində Avropa İttifaqı təkcə hökumət-qeyri hökümət strukturları ilə deyil, həmdə təhsil müəssisələri ilə də sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirdi. 
 Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə  Roland Kobia Qafqaz Universitetininin iqtisadiyyat fakultəsinin yeni binasında yerləşən akt zalında Qafqaz Universitetinin tələbə-müəllim heyətinə Avropa ittifaqının yaranması tarixi mövzusunda məruzə etdi. Görüşdən sonra  Roland Kobiaya ziyarətin xatirəsinə həsr olunmuş plaket təqdim olundu.
http://qu.edu.az/view_news.php?news=2788&link=&lang=az                                     

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır