Avstriyanın Azərbaycandakı səfiri Qafqaz Universitetində olmuşdur

Bakı, 5 dekabr (AzərTAc). Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç Qafqaz Universitetində olmuşdur.
Qafqaz Universitetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə bu ali məktəbin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat vermişdir.
Xanım Silvia Mayer-Kaybiç Avstriya ilə Azərbaycan arasındakı əlaqələrdən, o cümlədən təhsil sahəsindəki əməkdaşlığın əhəmiyyətindən danışmışdır.
Sonra səfir universitetdə oxuyan avstriyalı tələbələrlə görüşmüşdür.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF