"Azersun Holdinq" Müşahidə Şurasının sədri Abdolbari Goozal Qafqaz Universitetində seminar verdi.


Dekabrın 18-də Qafqaz Universitetində 2012-2013-cü tədris proqramında nəzərdə tutulan aylıq seminarlardan növbəti görüş keçirildi. Seminarda məruzəçi "Azersun Holdinq" Müşahidə Şurasının sədri, hörmətli Abdolbari Goozal idi.
Qonaqları salamlayan Universiterin rektoru Prof. Dr. Ahmet Saniç "Azersun Holdinq" Müşahidə Şurasının sədri hörmətli Abdolbari Goozalı universitetdə görməkdən məmnun olduğunu bildirdi . Azərbaycanda qeyri neft sektorunun inkişafinda "Azersun Holdinq"in böyük rolunu qeyd edən  rektor, Abdolbari Goozalın prezident İlham Əliyevin imzladığı "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində göstərdiyi əməyinə görə "Tərəqqi" medalı ilə təltif olunmasından, elmə göstərdiyi fəaliyyətinə görə qızıl medal ilə təltif olunmasından,  İmişlidəki şəkər zavoduna görə ilin sərmayeçisi "Uğur" mükafatına layiq görülməsindən bəhs etdi. Sonra söz məruzəçiyə verildi.  Abdolbari Goozal nitqində tələbələrə xitabən qeyd etdi:
-         Universitetinizin qədrini bilin və gözəl oxuyun. Bu universitet sizin üçün bir həyat qapısıdır. Qafqaz Universiteti  bu baxımdan Azərbaycanda ən nümünəvi təhsil ocağıdır. Burada savadlı kadrlarla yanaşı, layiqli vətəndaş və insani keyfiyyətlərə layiq vətənpərvər insanlar yetişdirilir.
          Zəngin iş adamlarından olan Abdolbari Goozal əməyi və bacarığı sayəsində bu səviyyəyə çatdığını, pulun çox şey olduğunu lakin hər şey olmadığını qeyd edərək, insanlığın daha önəmli olduğunu və halal zəhmətin önəmliliyini vurğuladı.
          Sonra isə qonaq tələbələrin suallarını cavablandırdı.
Tədbirin sonunda Çağ Öyrətim İşlətmələri şirkətinin idarə heyətinin sədri Dr. Enver Özeren tərəfindən qonağa xatirə plaketi təqdim olundu.         
        
http://www.reportyor.com/?cat=cemiyyet&id=9931

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF