Başlanğıcın sonu, ya sonun başlanğıcı?!...

17 December, 2012,
Qafqaz Universitetində Mədəniyyət şöbəsi Fizika klubunun təşkilatçılığı ilə “Bir başlanğıcın sonu, ya sonun başlanğıcı?!...” adlı elmi seminar keçirildi. Seminarın mövzusu son zamanlar hamını narahat edən və ən çox müzakirə olunan 21 dekabr –dünyanın sonu ilə bağlı fikirlər idi. Şamaxı Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Əyyub Quliyev mövzu ilə bağlı dolğun məruzə etdi. 
Alimin geniş məruziəsi dinləyicilərin marağına səbəb oldu. Tələbə və müəllim heyətinin suallarına cavab verən Əyyub müəllim hər kəsə bu tarix barədə eksklüziv məlumatlar verdi. Sual-cavablarda universitetin rektoru Ahmet Saniç bəyin də iştirakı tələbələrdə seminar mövzusu haqqında xüsusui rəy formalaşdırdı. 
Seminarın sonunda Əyyub müəllimin Qafqaz Universiteti tələbələri haqqında: ”Mən düşünmürdüm ki, bu dərəcə intellektual tələbələrlə qarşılaşacam. Etiraf etməliyəm ki, bəzi suallar qarşısında hətta tərləməli də oldum...Narahatçılığa əsas yoxdur. 21 dekabr tarixində həyatın sonu yox davamı olacaq” fikirləri hər kəsin yaddaşına yazıldı. 
Fizika klubu üzvlərinin də öz növbəsində Əyyub  Quliyevə sürprizi oldu. Wikipedia açıq ensiklopediya saytında Əyyub Salah oğlu Quliyevin rəsmi səhifəsinin klub tərəfindən hazırlanması professorun, həmçinin seminar iştirakçılarının da böyük təəccüb və marağına səbəb oldu. Seminar Ahmet Saniç bəyin təşəkkür dolu ürək sözlərini söyləməsi və fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Əyyub Quliyevə fəxri plaketin təqdim olunması ilə başa çatdı.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır