Deputat Qafqaz Universitetində tələbələrə bələdiyyələrdən danışdı

 08.12.2012, 14:58
Qafqaz Universitetində növbəti aylıq seminar keçirilib. Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, seminarı giriş sözü ilə Qafqaz Universitetinin rektoru Ahmet Saniç açıb. Sonra Milli Məclisin regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev “Azərbaycanda yerli özünü idarəetmənin mövcud vəziyyəti və gözlənilən islahatlar” mövzusunda geniş məruzə ilə çıxış edib.
Deputat bildirib ki, 1995-ci il 12 noyabr tarixində Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib və Konstitusiyada yerli özünü idarəetmə haqqında xüsusi bənd təsbit olunub. “1999-cu il dekabr ayının 2-də bələdiyyələrə ilk seçkilər keçirilib. İndiyə kimi ölkədə bələdiyyələrin fəaliyyət istiqamətinə yönələn 30-a yaxın qanun və 200-ə yaxın maddə hazırlanıb. Hazırda bələdiyyələrin ümumi sayı 1718-dir. Bundan başqa ölkədə bələdiyyə institutu, bələdiyyə assosiasiyası da fəaliyyət göstərməkdədir”.
T.Rzayev bələdiyyələrin mövcud durumu və problemlər haqqında da ətraflı məlumat verib. Məruzənin sonunda millət vəkili tələbələri maraqlandıran suallara cavablandırıb.
Tədbirin sonunda Qafqaz Universitetinin rektoru Ahmet Saniç qonağa xatirə paketi təqdim edib. 
Anar Kəlbiyev
http://modern.az/articles/31938/1/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF