Hədəf kursları Xırdalan filialı Qafqaz universitetində

Hədəf Kursları Xırdalan filialının bir qrup şagirdi 02.12.2012 tarixində Qafqaz universitetinə tanışlıq məqsədilə qonaq qismində dəvət almışdılar. Hədəf kursları Xırdalan filialının direktoru Elxan Nəcəfov, direktor müavini Vüsal Heybətov və bir neçə müəllimlərimiz də bü dəvətdə iştirak etmişdilər. 
Qafqaz Universitetinin ictimaiətlə əlaqələr şöbəsinin müdiri Qoşqar Osmanoğlu çox böyük həvəslə Qafqaz universitetini şagirdlərimizə tanış etdi. Qafqaz universitetində olduğumuz müddətdə həmin universitetin dərs otaqlarını və laboratoriyalarını görmək fürsətimiz oldu. Universiteti gəzdikdən sonra şagirdlərimiz Qafqaz universitetinin tanınmış psixoloqu Hüseyn Xəlilovun maraqlı söhbətinə və dəyərli məsləhətlərinə qulaq asmaq imkanı da əldə etdilər. Daha sonra isə şagirdlərimiz universitetin akt zalında İstanbulun fəthindən bəhs edən “Fetih 1453”  bədii filminə baxdılar. Universitetlərlə sıx əməkdaşlıq edən Hədəf kursları bundan sonra da bu cür tədbirlərin həyata keçməsinə çalışacaqdır.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır