"Müasir Azərbaycan və "Çağ" Öyrətim - 20 il: etimada sədaqətlə" mövzusunda yubiley tədbiri

Bu il "Çağ" Öyrətim İşlətmələri  Şirkətinin Azərbaycanda fəaliyyətə başlamasının 20 ili tamam olur. Bu münasibətlə noyabrın 27-də paytaxtdakı "Gülüstan" sarayında "Müasir Azərbaycan və "Çağ" Öyrətim - 20 il: etimada sədaqətlə" mövzusunda yubiley tədbiri keçirilmişdir.
Tədbirdə dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, Türkiyədən və digər ölkələrdən gəlmiş çoxsaylı qonaqlar, təhsil işçiləri, ictimaiyyət və KİV təmsilçiləri iştirak edirdilər.
 Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov təbrik nitqi söylədi.
Nazir qeyd etdi ki, ötən 20 il ərzində "Çağ" Öyrətim İşlətmələri  Şirkətinin təhsil müəssisələri Azərbaycan təhsili üçün nümunə olub. Onların şagird və tələbələrinin beynəlxalq bilik yarışmalarında qazandıqları 500-dən çox medalın hər birinin arxasında böyük zəhmət durur. Hər bir qızıl medal alan şagird və tələbənin şərəfinə Azərbaycanın üçrəngli bayrağı ucalıb. Bununla da onlar ölkəmizin tanıdılmasında, təbliğində böyük rol oynayıblar. "Çağ" Öyrətim Şirkətini Azərbaycanın təhsil sistemindən ayırmadığını deyən nazir bu gün onun liseylərinin, "Araz" hazırlıq kurslarının Qafqaz Universitetinin ölkəmizin təhsil standartları əsasında fəaliyyət göstərdiyini, Azərbaycan təhsilinin inkişafına böyük töhfələr verdiyini, bu müəssisələrdə çalışanların 80 faizinin azərbaycanlılardan ibarət olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu gün Azərbaycanla Türkiyə arasında yaranmış qardaşlıq münasibətlərində "Çağ" Öyrətim Şirkətinin rolu əvəzsizdir.
Nazir çıxışının sonunda "Çağ" Öyrətim Şirkətinin əməkdaşlarının bir qrupunun Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı və fəxri fərmanları ilə mükafatlandırıldığını söyləyib həmin mükafatları təltif olunanlara təqdim etdi.
Bundan əlavə iş dünyasında böyük nəaliyyətlərə imza atmış məzunlar təltif olunmaları uçun kürsiyə dəvət edildilər. Bunlar arasında Qafqaz Univesitetinin məzunlarından Kamran Ağayev və Ruslan Hüseynov da var idi. Məzunlarımızı təbrik edir və gələcək nəaliyyətlərinin davamını diləyirik.

Məzunlarımız haqqında qısa məlumat:
Ağayev Kamran – Bilgisayar Mühəndisliyi 2003-cü il məzunu
 2003-cü ildə Qafqaz Universitetinin bakalavrını, 2008-сi ildə magistraturasını bitirmişəm. Hal-hazırda AzerCell şirkətində Oracle Verilənlər bazası administratoru vəzifəsində çalışıram.
Bu il Oracle şirkəti tərəfindən Oracle ACE Director mükafatına layiq görülmüşəm.
Artıq bir neçə ildir ki, yüzlərlə məqalə və video izahlı demonstrativ çarxlardan ibarət olanwww.kamranagayev.comblog-unun üzərində çalışıram.
Hal-hazırda Amerikada nəşr olunacaq “Oracle Verilənlər bazasının nüsxəsinin alınması və bərpa ediməsi yöntəmləri” kitabının müəllifiyəm
Bir neçə ay öncə Oracle şirkəti ilə uzun danışıqlardan sonra Azərbaycanda da “Azərbaycan Oracle İstifadəçilər Qrupunu” açmaq icazəsini ala bildim.
 Ruslan Huseynov -  BİM 2009-cu il məzunu
2004-2009 da Qafqaz Universitetinin BIM bölümündən məzunam.
2010-2012 Master program in Financial Management (İsveç)
2012-2016 Təhsilimi Luxembourg Universitetində, Financial management üzrə doktorantura programı ilə davam etdirirəm.
İsveçdə nəşr olunan 1 kitabın müəllifiyəm (Ruslan Huseynov (2012). Credit Risk. Quantitative Study of Default Rates for Sweden.)
http://qu.edu.az/view_news.php?news=2779&link=&lang=az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır