Qafqaz Universiteti ilə İğdır Universiteti arasında memorandum imzalanıb


Dekabrın 5-də Qafqaz Universitetində Türkiyənin İğdır Universitetinin rektoru, professor İbrahim Hakkı Yılmaz və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Qafqaz Universitetinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşün məqsədi Azərbaycanın ali təhsil müəssisələri ilə tanış olmaq olub. 
Qafqaz Universitetin Tempus otağında keçirilən görüşdə Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç Azərbaycanla Türkiyə arasında olan birlik və bərabərlikdən bəhs edib. Rektor Ahmet Saniç Universitetin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti ilə bağlı məlumat verib. 
Sonra qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. İmzalanan sənəddə universitetlər arasında tələbə və müəllim mübadilələri, akademik əməkdaşlıq, qarşılıqlı mədəni əlaqələrin artırılması məsələləri öz əksini tapıb. Rektor A. Saniç tərəfindən qonağa xatirə plaketi təqdim olunub. Nigar Məmmədli
http://qafqazinfo.az/site/QAFQAZ_UNIVERSITETI_ILƏ_İĞDIR_UNIVERSITETI_ARASINDA_MEMORANDUM_IMZALANI

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır