Qafqaz Universitetində bələdiyyəyə həsr olunmuş seminar keçirildi.

Qafqaz Univcersitetində  növbəti aylıq seminar keçirildi.Seminarı giriş sözü ilə Qafqaz Universitetinin rektoru Ahmet Saniç açdı və bildirdi ki, Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkənin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkədə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır. Ümummilli lider Heydər Əliyevin  uzaqgörən siyasətini  bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev layiqincə  davam etdirir. Ölkə prezidentinin  apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində  bütün sahələrdə inkişaf  getdikcə  artır, dünya  miqyasında genişlənir.Bu gün Azərbaycan Respublikasında yerli özünüidarəetmə  orqanlarının fəaliyyəti daha da genişlənmişdir.Rektor  çıxışında bildirdi ki, bugünkü seminarın məruzəçisi də məhz  yerli özünüidarəetmə  sahəsini əhatə edəcək mövzuda tələbələr qarşısında çıxış edəcək.Sonra Milli  Məclisin  Regional məsələlər komitəsinin üzvü , millət vəkili Tahir Rzayev "Azərbaycanda yerli özünüidarəetmənin mövcud vəziyyəti  və gözlənilən islahatlar" mövzusunda geniş məruzə ilə çıxış etdi. O bildirdi ki, 1995-ci il 12 noyabr tarixində Azərbaycan Respublikasının Konstitusiyası  qəbul edilmiş  və konstitusiyada yerli  özünüidarəetmə  haqqında  xüsusi bənd təsbit olunmuşdur.Həmçinin 1999-cu il dekabr ayının 2-də bələdiyyələrə ilk seçkilər keçirildi. İndiyə kimi ölkədə  bələdiyyələrin fəaliyyət istiqamətinə  yönələn 30-a yaxın qanun və 200-ə yaxın maddə  hazırlanmışdır.Hazırda bələdiyyələrin ümumi sayı 1718 təşkil edir.Bundan başqa ölkədə bələdiyyə institutu , bələdiyyə assosiasiyası da  fəaliyyət göstərməkdədir.Natiq həmçinin bələdiyyələrin mövcud durumu və  problemlər haqqında da ətraflı məlumat verdi.
Məruzənin sonunda millət vəkili Tahir Rzayev tələbələri maraqlandıran suallara cavab verdi.
Tədbirin sonunda Qafqaz Universitetinin rektoru Ahmet Saniç qonağa xatirə plaketi təqdim etdi.
http://www.reportyor.com/?cat=cemiyyet&id=9869

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF