Qafqaz Universitetində Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü həsr olunmuşbayram tədbiri keçirildi.

Qafqaz Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü münasibətilə tədbir keçirildi.Tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç açaraq bütün müəllim və tələbə heyətini bu bayram münasibətilə təbrik etdi. Rektor çıxışında qeyd etdi ki, milli birliyin ideoloji əsası olan azərbaycançılıq məfkurəsi ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Dünya azərbaycanlılarının birliyi, dövlət müstəqilliyimizin dönməzliyi, Vətənin bütövlüyü, mənəvi-əxlaqi dəyərlərə sadiqlik, vətəndaş azadlıqları bu məfkurənin əsaslarındandır.
Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva çıxış edərək bildirdi ki, 31 dekabr Azərbaycan tarixinə Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü kimi daxil olmuşdur. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabr ayının 16-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Milli Həmrəylik və Birlik Gününün təsis olunması ilə bağlı qərar qəbul olundu.
Bu tarixi sessiyadan doqquz gün sonra—dekabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan olunması barədə sərəncam verdi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması istiqamətində Dünya Azərbaycanlılarının 2001-ci ilin noyabrında Bakıda keçirilən I Qurultayından sonra monolit birliyin təmin olunmasında xeyli iş görülmüş, qəlbi Vətən, Azərbaycan eşqi ilə döyünən soydaşlarımız vahid ideya ətrafında birləşmişlər. İndi dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz həmrəylik gününü təntənə ilə qeyd edirlər.
Sonra Qafqaz Universitetinin tələbələri arasında keçirilmiş “İlin adamı” sorğusunun  nəticələrinə görə “İlin vətənpərvər millət vəkili” mükafatı rektor Ahmet Saniç  tərəfindən  millət vəkili Qənirə Paşayevaya təqdim olundu.
Tədbir Qafqaz Universitetinin tələbələrinin rəqs kollektivinin və ayrı-ayrı tələbələrin ifasında Azərbaycana aid mahnılarla davam etdirildi.
 Mərasimin sonunda   Qafqaz Universiteti tərəfindən 9 noyabr –Dövlət Bayrağı gününə həsr olunmuş müsabiqənin nəticələri elan olundu və  qalib  olan tələbələr mükafatlandırıldılar.
http://qu.edu.az/view_news.php?news=2892&link=&lang=az 
http://www.525.az/site/?name=xeber&news_id=4199
http://qafqazinfo.az/site/UNIVERSITETDƏ_HƏMRƏYLIK_GÜNÜNƏ_HƏSR_OLUNMUŞ_TƏDBIR_KEÇIRILIB-329 
http://www.reportyor.com/?cat=cemiyyet&id=9987
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF