Qafqaz Universitetində məşhur yazıçı - Sinan Yağmurla görüş keçirilidi


...Bugün Qafqaz universitetində ünlü türk yazıçısı Sinan Yağmurla görüş oldu
İlk öncə Sinan Yağmur yaradıcılığına qısa da olsa nəzər yetirək:
Sinan Yağmur `Aşkın Meali 1 Yusuf ile Züleyha` , `Aşka Yolculuk Veysel Karani` `Aşkın Gözyaşları Şems-i Tebrizi`
, `Kerbela Aşk'a Bela: Hz. Hüseyin`, `Aşka Yol Olma Defteri` kimi ibratamiz kitabların yazarıdır .Əsasən dini spekturda yazan Sinan Yağmur, Türkiyədə 2011-ci ildə ən çox kitabı satılan yazardır .
`Ban sen kimsin diye sormayın, ömrü azacıq kalmış bir hiçim, ben sevgisiz hiçbirşeyim` kimi birsıra məşhur kəlamların müəllifi olan Sinan Yağmur, ömrünün böyük hissəsini Hz.Mövlananın həyatını araştırmaq və təbliğ etməklə keçibdir.


Tədbirdə ilk olaraq Qafqaz Universitetinin Rektoru Dr.Əhmət Sanıç çıxış etdi. Sinan Yağmur yaradıcılığından ağızdolu danışan Dr.Əhmət Sanıç ,Sinan Yağmur yaradıcılığının gənclər üçün əvəzedilməz nəsihətlərdən təşkil olduğunu xüsusi olaraq qeyd etdi.

Ardınca Qafqaz Universitetinin bölüm başqanları və digər yetgili şəxslərin çıxışından sonra söz bugünün səbəbkarı Sinan Yağmura verildi;
Sözə ilahi-şeir proqramıyla başladı. O öz duyğularıyla Hz.Mevlananın Şəms-Təbriziylə olan dostluğunu anlatan Sinan Yağmur zaldakı hərkəsi duyğulandırdı. Ardından ` təsəvvüf `ü gözəl kəlamlarla izah edən Sinan Yağmuru sözü bitincə hamı könüldən alqışladı


Növbə çatdı yazara suallar vermək üçün ayrılan zamana...
Bizdə o şərəfə nail olub öz sualımızı verdik :
- Türkiyə mətbuatında `en sevdiyiniz sözcük hangisi?` sualına `aşk` deyə cavablandırmışdınız. Bəs nifrət etdiyiniz kəlam və ya kəlamlar hansıdır?
"Aşksızlık, nefret, boşanmak ve diğer tüm şeytani sözcükler"
-deyə cavab verdi sualımıza Sinan Yağmur.
Ən sonunda Sinansevənlər üçün kitablarının imza törəni keçirildi


İsmayıl Türkel
http://stenoqram.com/?m=xeber&id=3124

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır