Quba Özəl Türk Liseyi rayon təhsil müəssisələrinin sərgisində iştirak edib

Bu günlərdə Quba rayon mədəniyyət evində rayonun təhsil müəssisələrinin sərgisi keçirilib. Sərgidə digər tədris müəssisələri ilə bərabər Quba Özəl Türk Liseyidə iştirak edib. Sərgidə Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev və müavini Afət xanım Həsənova, Quba rayon gənclər və idman idarəsinin rəisi Mustafa Nöhbalayev, eləcə də ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları zənginliyi ilə seçilən Quba Özəl Türk Liseyinin də təşkil etdiyi sərgini maraqla izləyiblər. 
Liseyin nailiyyətlərindən ibarət sərgini izləyən Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev  və rayon fəalları liseyin 7-ci sinif şagirdi karate üzrə dəfələrlə Respublika çempionu olmuş 17 medal mükafatçısı Tahir Hüseyinlini və liseyin informatika fənni üzrə olimpiadaçıları Cahangir Musayevi və Sultan Sultanovu təbrik ediblər və şagirdlərin hazırladıqları müxtəlif proqramlarla yaxından tanış olublar. 
Liseyin müdiri Mustafa Alagözoğlu tədbirdə iştirak edən İcra Başçısına təhsildə əldə etdikləri nailiyyətləri uğurları barədə məlumat verib. Bu nailiyyətlərin yüksəldilməsi üçün lazımi şəraitin hazırlandığını bildirib. Quba İHB Mübariz Ağayev liseyin təhsildə əldə etdiyi uğurlardan məmnun olduğunu söyləyib və onlara yeni-yeni təhsil nailiyyətləri arzulayıb.  
 
 
 
 
 
 
 

 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır