Quba Özəl Türk liseyində Beynəlxalq Əlillər Günü qeyd olundu

Azərbaycan-Türkiyə Özəl Liseylərinin Quba Özəl Türk liseyində 1 dekabr -Beynəlxalq Əlillər Günü ilə bağlı Azərbaycana Birgə Yardım Təşkilatının Xaçmaz rayon İcma Əsaslı Reabilitasiya Mərkəzinin təşəbbüsü ilə tədbir keçirirlib. Tədbirdə xüsusi qabiliyyətə malik olan reabilitasiya mərkəzindəki uşaqların özfəaliyyətləri nümayiş olunub. Burada onlar Azərbaycanın müxtəlif xalq nağıl qəhrəmanlarını canlandırıraraq, səhnəciklər göstərməklə yanaşı, rəngarəng rəqs və musiqi növləri ilə də çıxış ediblər. Onların çıxışı lisey şagirdləri tərəfindən maraqla qarşılanıb. 
Tədbirdə iştirak edən reabilitasiya mərkəzinin koordinatoru Nəzakət xanım Əliyeva bildirmişdir ki, belə tədbirlərin keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqlarların qabiliyyətlərini, istedadlarını nümayiş etdirməyə şərair yaratmaq və onların insanlarla ünsiyyətlərini qurmaq, eləcə də ictimaiyyətin diqqətini onlara yönəltməkdir. Belə proqramlar həmdə onların müasir sosial mühitdə özlərini ifadə edə bilmələri üçün faydalıdır. Çalışırıq ki, belə tədbirlərin hazırlanmasında daha çox uşaq iştirak etsin. Hazırda bu tədbirdə 50-yə yaxın uşaq fəal iştirak edir.  N. Əliyevanın sözlərinə görə bu layihə bir ildir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pilot layihə kimi qəbul olunub. Nəzakət xanım onu da bildirib ki, 2005–ci ildən fəaliyyət göstərən  Azərbaycana Birgə Yardım Təşkilatının Xaçmaz rayon İcma Əsaslı Reabilitasiya Mərkəzi hazırda 370 nəfər uşağın qabiliyyətlərini inkişaf etdirmək üçün təmənnasız olaraq xidmət göstərir. 




   


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF