Səfirin təqdirəlayiq davranışı


Süleyman Ünal s.unal@zaman.az

Birincisi Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu Qafqaz Universitetinin ev sahibliyi ilə srağagün başladı, dünən və bu gün işlərini davam etdirir.
Mərhum Vahabzadə haqqında Azərbaycan hər kəsin bildiklərinin xaricində, başqa ölkələrdə düşüncə və ədəbiyyat dünyasında sayılan nüfuzlu alimlərin dilindən izah edilir.
Simpozium və Bəxtiyar Vahabzadə haqqında qəzetimizdə kifayət qədər geniş məlumatlar gedir.
Mən isə simpoziumun ilk günü yaşanan bir hadisəyə diqqətinizi çəkmək istəyirəm.
Simpoziumun açılış nitqini edənlərə “günün xatirəsi” olaraq Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun plaketlər təqdim etdi.
İlk plaket salonda ön sırada oturan mərhum Bəxtiyar Vahabzadənin həyat yoldaşı Dilarə Vahabzadəyə verildi. Səfir Coşkun plaketi təqdim edərkən Dilarə xanımın əlini öpdü və alnına qoydu. Yəni, başqa ölkələrdə geniş yayılmayan, amma Türkiyədə bayramda və ya xüsusi günlərdə kiçiklərin böyüklərinə qarşı hörmətini və sevgisini ifadə etmək üçün etdiyi hərəkəti cənab səfir mərhum Vahabzadənin yoldaşının əlini öpərək göstərdi. Dilarə xanımı plaket verilərkən səfirin sərgilədiyi davranışları Türkiyə adətlərini bilənlər böyük coşqu ilə alqışladılar.
Proqramdan dərhal sonra simpozium iştirakçılarının səfirin əl öpməsindən təqdirlə danışdıqlarının şahidi oldum. Hətta başqa bir məqsədlə Bakıya gələn və Bəxtiyar Vahabzadə ilə əlaqədar sipozium keçirildiyini eşidib mərasimə qatılan bir iş adamının “Baş Nazir Ərdoğan keçmişdə “monşerler” deyə bəzi diplomatlara əsəbləşirdi. Son zamanlarda xarici işlər nazirliyi işçilərindən bəzilərinin xalqın dəyərlərinə hörmət etməsini görmək hamımızı sevindirir”,-dediyini də eşitdim.
Bildiyiniz kimi, 2009-ci ildə Baş Bazir Rəcəb Tayyib Ərdoğan: “Bizim etdiklərimiz köhnə “monşerlər” anlamadılar, monşer gəldilər, monşer gedirlər”,- deyərək bəzi siyasətçilərin və diplomatların xalqın faydasına olacaq işlərə qarşı çıxmalarını tənqid etmişdi.
Baş Nazirin istifadə etdiyi “monşer” sözünün fransızca “Əzizim, dostum” mənasında olduğunu, amma Türkiyədə xalq arasında “ana uşağı” mənasında istifadə edildiyini bildirən 72 təqaüdçü diplomat bu çıxışa etirazlarını bildirmişdilər.
İndiyə qədər çox sayda səfir, baş konsul və diplomatla tanış olmuşam, onların bəziləri ilə səmimi dostluqlarım oldu. Təəssüf ki, 72 təqaüdçü diplomat arasında tanıdıqlarıma baxaraq qənaətə gəlsəm onların bəzilərinin “xalqdan çox uzaq” olduqlarını deyə bilərəm. Xalqdan toplanan vergilərlə Türkiyəni təmsil etdikləri halda onların işlədikləri ölkədə enerji və qabiliyyətlərini “xalqdan uzaq ola bilmək üçün xərclədiklərinin şahid olmuşam.
“Radikal” qəzetinin yazarı Cüneyt Özdemir də 21 Mart 2011-ci il tarixli bir məqaləsində yaşadıqlarını qələmə almış, getdiyi xarici ölkələrdə bəzi Türk səfirlərinin qapıları üzünə bağladıqlarını, bəzilərinin də bütün imkanları səfərbər etdiklərini yazaraq, “Səfirliklərimiz ikili standartlar dünyasıdır” deyir və diplomatlarımızın xalqa münasibətlərində bəzi standartların olmasının gərəkliyini söyləyirdi.
Şəxsən mənim qənaətim də belədir ki, xarici ölkələrdə çalışan diplomatlarımız vətəndaşlarımıza fərq qoymamalı, onların hamısına eyni gözlə baxmalıdırlar. Xəstəlik və digər gözlənilməz halla qarşılaşmalar olduqda kimə isə güzəşt etmək olar və bunu da hər kəs anlayışla qarşılayar.
Bir əl öpmə hadisəsindən başlayıb buraya gəldik. Nəticədə, simpozium iştirakçılarının diqqətini çəkdiyinə görə, cənab Coşkunun davranışı, Avropa Birliyinin keçmiş baş katibi olan Volkan Bozkırın da dediyi kimi, “Baş Nazir Ərdoğanın bəhs etdiyi kəslər keçmişdə qaldı” sözünü qüvvətləndirir. Heç olmasa, bəzi diplomatlarımız xalqın ümidini artırır.  s.unal@zaman.az
http://www.zaman.az/az/columnistDetail_getNewsById.action?newsId=46309&columnistId=78

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır